​İki azərbaycanlı “donuz qripi”nə yoluxdu

Baxış sayı:
21805

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda "donuz qripi"nə 4 yoluxma halı qeydə alınıb.
Muxalifet.az Report-a istinadən xəbər verir ki, xəstəliyə yoluxanların ikisi azərbaycanlıdır.
Onlardan biri 39 yaşlı qadın, digəri isə 5 yaşlı uşaqdır. Həkimlər qadının vəziyyətini orta-ağır, uşağın durumunu isə ağır kimi qiymətləndirirlər. 
Xatırladaq ki, Gürcüstanda bu günə qədər "donuz qripi" adlandırılan A (H1N1) virusundan 17 nəfər ölüb.