İki ayağından əlil olan sürücü piyadanı vurub - BAKIDA

Bakıda iki ayağından əlil olan sürücü piyadanı vurub.
 
Yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda qeydə alınıb.
 Belə ki, Maştağa qəsəbəsində yolu keçmək istəyən Məmmədov Qədir Fərxan oğlunu 78-80 yaşlı, iki ayağından əlil sürücü idarə etdiyi “Zaporojets” markalı avtomobillə vurub.
Nəticədə Q. Məmmədov ağır xəsarət alıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər Q.Məmmədovun vəziyyətini orta-ağır kimi qiymətləndirir.
Fakt Sabunçu Rayon Polis İdarəsində araşdırılır.