​İki avtobus toqquşdu: 8 ölü, 35 yaralı

Malaziyada iki avtobusun toqquşması nəticəsində 8 nəfər həlak olub.
İndoneziyalı və nepallı işçiləri daşıyan sərnişin avtobusları toqquşub. Avtobuslardan biri mühərrikdə yaranan problemə görə yolun sağında saxlayıb. Arxadan gələn avtobus sürücüsü idarəetməni itirərək həmin avtobusa çırpılıb.
Hadisə nəticəsində 8 nəfər ölüb, 35 nəfər isə ağır xəsarət alıb.