III dünya savaşı başlayır?

Avropanın vahid ordu yaradılması ideyasına Rusiyadan sərt cavab

Avropada vahid ordunun yaradılması təxribat xarakteri daşıyır.

Bu barədə Rusiya Dövlət Dumasında "Vahid Rusiya" fraksiyasının sədri Frants Klintseviç açıqlama verib.

O bildirib ki, Avropa vahid ordusunun yaradılması nüvə əsrində dünyadan təhlükəsizliyi sual altına alır.

"Bizim nüvə əsrimizdə əlavə ordunun yaradılması təhlükəsizliyi sığortalamır. Bu böyük təhlükə mənbəyidir, lakin bu ideyaya güclü dəstək verirlər. Vahid ordunun yaradılması Varşava müqaviləsi imzalanarkən də heç kimin ağlına gəlməmişdi. Bu müqavilə artıq çoxdandır ki, yoxdur. Niyə bu ordunun yaradılmasına indi qərar verilir?", - deyə Klintseviç bildirib.

Qeyd edək ki, Avropa Komissiyasının sədri Jan-Klod Yunker bəyan edib ki, Rusiya təcavüzündən qorunmaq üçün Avropa vahid ordusu yaradılmalıdır.