II Rusiya-Ukrayna savaşı başlayır – General

Rusiyanın Krıma yeni hərbi texnika yerləşdirməsi Kremlin Ukraynaya qarşı ciddi savaşa hazırlaşmasını göstərir.
 
Muxalifet.az xəbər verir ki, bunu “Krım.Reali” radiosuna müsahibəsində Ukrayna Baş Qərargah rəisinin eks-müavini, general-leytenant İqor Romanenko söyləyib. Onun sözlərinə görə, bu ilin sonuna qədər Krımın Feodosiya şəhərinə Rusiya daha bir S-400 kompleksi yerləşdirmək istəyir:
“Moskva yarımadadakı köhnəlmiş Su-24 və Su-25-ləri Su-30-larla əvəz edir. Qara dəniz donanmasına isə daha müasir gəmilər verilir. Onların burada keçirdiyi təlimlər Ukraynaya qarşı aqressiyaya hazırlaşdıqlarını göstərir”.