II Avropa Oyunlarında yeni ənənin əsası qoyulacaq

Baxış sayı:
8353

Minskdə keçiriləcək II Avropa Oyunlarında yeni ənənənin əsası qoyulacaq. Məşəl estafeti ilk dəfə bir neçə Avropa ölkəsinin ərazisindən keçəcək.
Muxalifet.az TASS agentliyinə istinadən xəbərinə görə,  2019-cu il II Avropa Oyunlarının direktorluğunun bəyanatında bildirilib:
“Məşəl estafeti Olimpiya Oyunları çərçivəsində təşkil edilən ənənəvi tədbirdir. Bakıda keçirilən I Avropa Oyunlarında da məşəl estafeti olub. Həmin estafet yalnız təşkilatçı ölkənin ərazisindən keçib. Qarşıdakı estafet isə daha irimiqyaslı və əhəmiyyətli olması ilə fərqlənəcək.
Biz bu ənənənin əsasını qoymağımızdan çox məmnunuq və bu yenilik 20-30 ildən sonra yarışları keçirən bütün təşkilatçılar tərəfindən təkrar olunacaq. Biz onun əsasını qoyuruq.
Estafet məşəlinin mayın 3-də Avropa Olimpiya Komitələrinin (AOK) mənzil-qərargahının yerləşdiyi Romadan start götürməsi qərara alınıb. Növbəti Avropa Oyunlarında da məşəl estafetinin məhz buradan başlanacağı ehtimal olunur. Mərasim Ara Pacis Museum muzey kompleksində keçiriləcək. Təntənəli mərasimdə məxsusi olaraq AOK üçün hazırlanmış aksiyanın rəmzi – zeytun ağazı təqdim ediləcək, həmçinin Avropa Oyunlarının ilk estafet məşəli alovlandırılacaq”