"İdxal artacaq və ölkədən daha çox valyuta gedəcək" - QUBAD İBADOĞLU

Baxış sayı:
733

"Bu ilin dövlət büdcəsində əmək haqlarının artırılmasına 620 milyon manat vəsait nəzərdə tutulub".

Muxalifet.az xəbər verir ki, bunu "Azadlıq" radiosuna prezidentin iyunun 18-də minimum əməkhaqqının və bəzi dövlət qurumlarında maaşların artırılması ilə bağlı prezidentin sərəncamlarını şərh edən iqtisadçı Qubad İbadoğlu deyib. O qeyd edib ki, əlavə pul çox güman ki, 2019-cu ilin əvvəlinə büdcəyə aid vahid xəzinədə qalan 872 milyon manatdan və ya başqa vəsaitdən cəlb olunacaq.

Qubad İbadoğlu hesab edir ki, əmək haqlarının artırılması alıcılıq qabiliyyətinin artımına gətirib çıxara bilər: "Alıcılıq qabiliyyəti artdıqca, əsas ərzaq məhsullarına təb yüksək. Bununla da idxal artacaq və ölkən daha çox valyuta gedək. Ölkə valyutaya təbat və manatla təklif artacaq. Bu da iki nəticə verə bilər. Qiymətlərin bahalaşmasını şərtləndirə bilər və devalvasiya baş verəbilər...".

İlham Əliyev

İlham Əliyev

"Ölkə başçısı bunu da göz önünə almamış deyil"

"Minimum əməkhaqqının və maaşların artırılması təbii ki, özündə inflyasiya, süni qiymət artımı riski gəzdirir. Amma neqativ risklər var deyə, vətəndaşın rifah halının yaxşılaşdırılmasından vaz keçilə bilməz. Prezidentin iyunun 18-də imzaladığı sərəncamlar da ilk növbədə bunun təsdiqidir".

Bunu deputat Fazil Mustafa deyib.

Fazil Mustafa ehtimal edir ki, dövlət başçısı bu sərəncamları imzalarkən həmin riskləri də nəzərə alıb: "Amma istənilən halda minimum əkhaqqının bu səviyyə çatdırılması aztəminatlı insanların, ailərin rifah halına müsbət təsir göstək".

Fazil Mustafa

Fazil Mustafa

Fazil Mustafa deyib ki, ölkədə əsas istehlak, əmtəə bazarları dağınıq, pərakəndə olmadığından süni qiymət artımı yaranacağını inandırıcı saymır: "Amma bu bazarlarda inhisarçılıq var. Burası da var ki, inhisarçılığa təsir edə bilmək üçün alətlər də çoxdur və yəqin ki, ölkə başçısı bunu da göz önünəalmamış deyil".

Nemət Əliyev

Nemət Əliyev

"Bu 250 manat alan şəxs bir dəfə xəstəxanaya düşsə…"

"Azərbaycanda minimum əmək haqqının 180 manatdan 250 manata qaldırılması müsbət hal sayıla bilər. Amma bu vəsait əhalinin ehtiyaclarını ödəmək üçün yetərli deyil".

Bunu AzadlıqRadiosuna AXCP İqtisadiyyat komissiyasının sədriNeməƏliyev deyib. O bu fikirləri iyunun 18-də prezident İlham Əliyevin minimum əməkhaqqını 180 manatdan 250 manata qaldırmasını şərh edərkən səsləndirib.

Nemət Əliyevin qənaətinə görə, təkcə bu faktla hökumətin sosial-iqtisadi sahədə siyasətinin yarıtmazlığı üzə çıxır: "Minimum əkhaqqı 180 manata qaldırılanda (2019-cu ilin əvvəlində-red.) məlum oldu ki, ölkə bu, 600 min şəxsəşamil olunur. Deməli, ölkə 600 min nər işçi 180 manatın ümidinə qalıb. İndi isə deyilər ki, 250 manat minimum əkhaqqı 950 min şəxsə şamil edilir. Azərbaycanda rəsmi muzdla işlənlərin sayı 1 milyon 500 mindən bir az çoxdur. Deməli, bu, bütün rəsmi işçilərin 60 faizi deməkdir. Təvvür edin ki, bu 250 manat alan şəxs bir də xəstəxanaya düşsə, onu nə gözləyir…".

İqtisadçı habelə vurğulayıb ki, bütün əməkhaqqı artımı büdcəyə o qədər də yük olmayacaq. Onun deməsinə görə, artımlara cəmi 780 milyon manat əlavə vəsait tələb olunur.

Amma NeməƏliyev hesab edir ki, maaş artımı inflyasiyaya səbəb ola bilər. Bununla belə, o, "dövriyyəyə pul vəsaiti daxil olmaqla inflyasiya yüksələcək" deyə, xalqın rifah halını yaxşlaşdırmaqdan geri çəkilməyi doğru saymır.

Vüsal Qasımlı

Vüsal Qasımlı

"Prezidentin imzaladığı inqilabi sosial paket..."

"Sentyabrın 1-dən maaş artımları üçün dövlət büdcəsindən 780 milyon manat vəsait ayrılacaq".

APA-nın xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bu gün, iyunun 19-da keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, aylıq minimum əməkhaqqı 180 manatdan 250 manata çatdırılıb: "Bu sahə il ərzində iki də artım olub. Ölkə prezidentinin imzaladığı inqilabi sosial paket 2 milyona qər insanı əhatə edir. Bunun maliyyə tutumu isə1 milyard manata yaxındır. Bu da sosial vəziyyətin daha da yaxşılaşdırılması deməkdir".

+++

İqtisadçı Zöhrab İsmayıl:

"İlham Əliyev hələ də bu fikirdədir ki, əsas MSK-dır (Maaşlarını yaxşıca artıb):

1. Sədr – 3060 manat

2. Sədrin müavini – 2845 manat

3. Katib – 2110 manat

4. Mərkəzi Seçki Komissiyasının üzvü – 1920 manat».

 

 

İqtisadçı Qədir İbrahimli:

"Maaşların artımı devalvasiya yox, inflyasiya riski yaradır. Yaxın gələcəkdə devalvasiya (yəni manatın xarici valyutalara nisbətdə dəyərini itirməsi) təhlükəsi yoxdur. Maaşların artımının isə inflyasiya riski yaratması təbii iqtisadi qanunauyğunluqdur – dövriyyədə pul kütləsi artırsa, inflyasiya riski avtomatik olaraq yaranır. Hökumət antiinflyasion tədbirlər görməlidir ki, inflyasiya həddi minimuma ensin. Maaşlar 40 faiz qalxıbsa, inflyasiya həddi 2-3 faizdirsə, deməli, real gəlirlər 37-38 faiz artır. Təbii ki, hökumətin effektiv antiinflyasion siyasəti olmasa, bu göstərici 20-25 faizə və daha aşağı enə bilər. Söhbət bundan getməlidir".

 

İş adamı Nazim Bəydəmirli:

"ÜDM-in asan artırma yollarından biri də büdcə vasitəsi iləverilən maaş və təqaüdlərin artırılmasıdır. Bu artım real iqtisadi artım hesabına toplanan vergilərin hesabına baş vermirsə, deməli, inflyasiya daha da sürətlənəcək, əhalinin real gəlirlərinin artım dinamikası daha da azala bilər. 2019-cu ildən tətbiqinə başlanmış vergi islahatlarının effektivliyi ən azı 3 ildən sonra özünü göstərə bilərdi, deməli, artım özəl sektorda vergi bazasının artırılması iləbağlı deyil... ya «məmur sahibkarlığı» daha çox vəsait ödəməyə başlayıb, ya da ki, hökumət bizim vergi ödəməqabiliyyətimizlə bağlı çox optimistdir…".

 

ReAl Partiyasının icra katibi Natiq Cəfərli:

"Minimum əmək haqqının 250 manata çatması, çox sayda dövlət-hökumət qulluqçularının maaşının 40% artması yaxşı xəbərdir. Azərbaycanda maaşlar çox aşağıdır, qalxmalıdır, yəqin ki, təqaüdlər də qalxacaq, bunu da etmək lazımdır. Amma....

Ölkə iqtisadiyyatı parazitdir və bəsit sistem üzərinə inşa edilib, ölkə əlavə dəyər yaratmır, ixracın 91.2%-i enerji resurslarıdır, ciddi valyuta gətirən tək sahə də təbii sərvətlərdir. Deməli, manatla ödənilən maaşlar, təqaüdlər artırsa, büdcəyə ödəmək üçün Neft Fondundan götürülən dollar da artmalıdır ki, onu manata çevirib artmış xərcləri ödəyəsən, ya da dollar olaraq məbləğ dəyişməyəcək, amma həmin dolların manat ekvivalenti artacaq. Necə? Çox sadə: Dollar indiki 1.70 manat məzənnəsindən 2 manat və daha yuxarı məzənnəyə qalxacaq - vəssalam.

Maddi nemətlər istehsal edəəlavə dəyər yarada bilməyən ölkələrdə maaş-təqaüd artımı həmişə inflyasiyanı yüksəldir, milli valyutanın məzənnəsini aşağı salır.

Məncə, bu gün verilən maaş artımı qərarı gələcək devalvasiyanın müjdəsidir, çox güman, sentyabrda başqa məzənnə rejimi görəcəyik".

 

İyunun 18-dә prezident İlham Әliyev minimum aylıq əməkhaqqının artırılması barәdә sәrәncam imzalayıb.

Sərəncamla bu əməkhaqqı 250 manat müəyyən edilir.

Buna qədər Azərbaycanda minimum əməkhaqqı 180 manat idi. Bu ilin martın 1-dən minimum əməkhaqqı 130 manatdan 180 manata qaldırılmışdı.

Dövlət başçısı İlham Әliyev Nazirlər Kabinetinə tapşırıb ki, Prezident aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç aya hazırlayıb ona təqdim etsin.

Eyni zamanda, Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq maaşları də bir ay müddətində bu sərəncama uyğunlaşdırılmalıdır.

Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.