İdliblilər qərarını verdi: “BİZ TÜRKİYƏNİ İSTƏYİRİK”

Baxış sayı:
2911

Suriyanın şimal-qərbindəki İdlibdə xalqın, Əsəd rejimi və havadarlarının regiona mümkün əməliyyatına qarşı təşvişli intizarı davam edir.
 
Bölgə xalqı, Türkiyənin şəhərə sülh, əmin-amanlıq və etimad mühiti verəcəyinə inanaraq lazımlı addımların atılmasını gözləyir.
Açıqlama verən İdlibli İshaq İbn Siteyf, rejimin bölgəni bombalamağa başladığı təqdirdə İdlibə pənah aparanların Türkiyəyə köç edəcəyini bildirib.
Siteyf, "Bu kritik prosesdə Rusların Cisir eş Şuğurda keçirdiyi hava hücumlarını hər kəs gördü. Bölgənin hakimiyyətinin Türkiyəyə keçməsini istəyirik. Türkiyənin bu regionda hərbi bir sözə malik olmasını və tampon bölgə yaratmasını istəyirik" deyib.
 
TÜRKLƏRİN OLDUĞU YERDƏ HAVA VƏ QURU HÜCUMU OLMAZ
 
İdlib “Gərginliyi Azaltma Bölgəsi”ndə atəşkəs monitorinq vəzifəsini icra edən Türk Silahlı Qüvvələrinin (TSQ) müşahidə nöqtələrini işarə edən İdlibli Əhməd Zerzur," İdlib və ətrafında yalnız 12 müşahidə nöqtəsi var. Türkiyə bu nöqtələrin sayını iki qatına çıxarmalıdır. Məsələn, Hamanın şimal kəndində Türklər olmadığı üçün rejim oranı daima bombardman altında saxlayır. Malik bölgəsində müşahidə nöqtəsi olduğu üçün bombardıman baş verməz. Türklərin olduğu yerdə hava və quru hücumu olmaz" deyə, söyləyib.
Şamdan rejim və havadarlarının hücumlarından qaçaraq İdlibə sığınan Xalid Meri də rejimin şəhərə qarşı əməliyyatının insanı bir fəlakətə yol açacağını dilə gətirib.
Meri, "İdlibin qarşı-qarşıya qalacağı mümkün bir əməliyyatda insanı bir böhranın aradan qaldırılması üçün qonşu ölkə Türkiyədən lazım olan tədbirləri almasını diləyirik" deyib.


 
TÜRKİYƏYƏ GÜVƏNİRİK
 
Humusdakı Əsəd rejiminin hücumlarından qaçaraq İdlibə sığınan Rıdvan Humsi də, rejimin və ya Rusiyanın İdlibə qarşı keçirəcəyi bir əməliyyatda Avropa ölkələrinə qədər bir köç dalğası yaşanacağını qeyd edib.
Humsi, "Türkiyəyə güvənirik. Onlar bizim ümidimizdir. İnqilab başlanandan bəri Türkiyənin şərəfli bir duruşu var" deyə, fikir bildirib.
İdlibli Əhməd Zerzur da rayon üzrə hazırda 4 milyon vətəndaşın yaşadığını və bunların Əsəd rejimi ilə uzlaşmayacaqlarını ifadə edib.
Zerzur, "Rejim İdlibin müəyyən bir hissəsini müxalifətçilərdən alsa, daha sonra YPG/PKK ittifaqı Afrin və Cerablus bölgəsinə hücum edə bilər. Rejim o bölgələri PKK-ya təhvil verə bilər. Bu da Türkiyənin milli təhlükəsizliyini təhdid edir" deyib.
Müxalifət.az