İdlibi vurdular: Çox sayda ölü və yaralı var

Baxış sayı:
2587

Əsəd rejimi qüvvələri, İdlibdə Soçi mandatına əsasən ağır silahlardan təmizlənilmiş bölgəyə hücum edib. Hücumlarda ən azı 10 nəfər ölüb, onlarla insan yaralanıb.
 
Əsəd rejimi və İran dəstəkli xarici terrorçu qruplar, cümə namazı vaxtından bu yana İdlib "Gərginliyi Azaltma Bölgəsi" sərhədləri içərisində və Soçi anlaşmasına görə, ağır silahlardan təmizlənilmiş bölgədə mülki mövqelərə ağır silahlarla hücum edir.
İdlibin cənubundakı Cercenez və Temenia mahalı ilə Sukeyk və Tuk kəndlərinə artilleriya hücumlarında ən az 10 vətəndaş həyatını itirib, onlarla mülki vətəndaş yaralanıb.
Qeyd edək ki, 17 sentyabrda imzalanan Soçi razılığından bu yana rejimin hücumları nəticəsində bu günədək 19 mülki vətəndaş həyatını itirib.
Müxaliflər, Soçi razılaşması çərçivəsində əsasən 10 oktyabrda müəyyən olunan rayonlardan ağır silahlarını çəkib.
Müxalifət.az