İdlibi mühasirəyə alan Əsədin muzdlu terrorçuları kimlərdir?

Baxış sayı:
5020

Bəşşar Əsəd rejimi, uzun müddətdir Suriyada müxaliflərə qarşı əməliyyatlarını öz ordusu vasitəsilə deyil, əsas olaraq İranın dəstəklədiyi xarici terrorçu qüvvələrlə aparır. Bu qruplar hazırda ən intensiv olaraq İdlib, Dəməşq, Xüms, Deyrizor kəndi və xüsusən  də Livan sərhədində yerləşiblər.
 
Anadolu Agentliyinin, İran dəstəkli xarici terrorçu qrupların media mənbələri, İran mətbuatı və meydançadakı Suriyalı müxalif qruplardan topladığı məlumatlara görə, Tehran rəhbərliyi, Suriyaya milis adı ilə terrorçu daşıması 2014-ün  ilk aylarına təsadüf edir.
İran güclərinin sahə əməliyyatlarına rejim cərgələrində müdaxil olması 2015-in əvvəlində müxaliflərin İdlibi tamamilə nəzarət altına alması və bu şəkildə Lazkiyəyə yaxınlaşmasından sonra baş verdi.
Qeyd edək ki, Bəşşar Əsəd, 2015-in əvvəlində verdiyi bir açıqlamada, ordunun çətin vəziyyətdə olduğunu, əsgər sayının azaldığını etiraf etmişdi.
Rejimi ayaqda tutmaq istəyən İran ordusu və kəşfiyyatı, İraq, Livan, Əfqanıstan və Pakistandan gətirdiyi on minlərlə xarici terrorçu döyüşçüləri Suriyaya saldı.
Aclıqdan ölümlərin baş verdiyi, on minlərlə vətəndaşın blokadaya alındığı Madaya, Zebadani və Barada Vadisi rayonlarında əsas rolu bu qüvvələr oynamışdı. Məskunlaşmaların ətrafına mina döşəyən milislər, vətəndaşları humanitar yardımlardan məhrum buraxmışdı. Humanitar faciənin dözülməz həddə çatmasına görə, xalq və silahlı müxaliflər, bölgəni tərk etmək məcburiyyətində qalmışdı. Beləliklə rejimin bir silah kimi tez-tez müraciət etdiyi məcburi təxliyə prosesi başlamışdı.
 
ƏN ÇOX HÜCUMU HƏLƏBDƏ HƏYATA KEÇİRİBLƏR
 
İran dəstəkli qüvvələr, ən intensiv hücumlarını 2014-ün əvvəlindən etibarən yerləşdikləri Hələbdə ediblər.
Hələbi, yüz minlərin 4 ay mühasirədə saxlanıldığı faciədən sonra rejimə təslim edən sözügedən qüvvələr, Xüms, Şərq Quta, Deraa ilə Kuneytra rayonlarının hamısını, mühasirə-hücum-təhcir üsulu ilə 4 ay ərzində azad etdi.
İran dəstəkli qüvvələr, sonra isə İdlibə yönəldi. Təxminən son 3 aydır hərbi daşımalar edən İran dəstəkli xarici terrorçu qruplar, İdlibi şərq, qərb və cənubdan mühasirəyə alımışlar.


 
SURİYADA DÖYÜŞƏN İRAN DƏSTƏKLİ QRUPLARIN YARISI İDLİBƏ YÖNƏLDİ
 
Suriyada 120 mindən çox İran dəstəkli qrup olduğu bilinir. Hazırda bu qüvvələrin təxminən yarısı, İdlibin ətrafında yerləşib.
İdlib gərginliyi azaltma bölgəsini üç tərəfdən mühasirəyə alan rejim sıralarındakı İran dəstəkli 22 xarici terrorçu qrup, 232 nöqtədə varlıq göstərir.
İdlibin şərqində, Hələbin qərbində yerləşən 12 qrup bunlardır: Əfqanıstan mənşəli Fatimiyyun və Pakistan mənşəli Zeynebiyyun Briqadaları, İraq mənşəli Nüceba Hərəkəti, Bədr Gücləri, İmam Əli və İmam Hüseyn Briqadaları, Livan Hizbullahı, Suriya mənşəli, İran və İraqlı döyüşçülərin də iştirak etdiyi Bəkir Briqadaları, İran mənşəli Qüds qüvvələri və Mehdi Ordusu, Suriyalı Galibiyyun Briqadaları, Haqqın Sahibləri Qoşunları.
İdlibin cənub-şərqində, şimali Xama rayonundakı 7 qrup isə bunlardır: Nüceba Hərəkəti, Livan Hizbullahı, İraq mənşəli İmam Əli Briqadaları və Əbu Fadıl Abbas Briqadaları, Bəkir Briqadaları, Qüds qüvvələri və Mehdi Ordusu.
İdlibin cənub-qərbində, Lazkiyə rayonunda 3 qrup isə bunlardır: İraq Hizbullahı, İraq mənşəli Zülfüqar Briqadaları və Nüceba Hərəkatı.
Bunların xaricində Suriyada İran mənşəli Besic Briqadaları, Liva Zamin Zeynəb (Zeynəbin Zaminləri Briqadaları), Fələstin mənşəli Qüds Briqadası və İran İnqilab Mühafizəçiləri Ordusu ilə xüsusi qüvvələri də var.
İdlibdə Agentliyə məlumat verən mənbələr, hər hansı bir əməliyyat olduğu halda, hazırda Xüms və Dəməşqdə yerləşmiş bu qrupların da İdlibə gələcəyini bildirir.
 
İRANIN İTKİLƏRİ
 
İran, müxaliflərə qarşı keçirdiyi əməliyyatlarda yüksək səviyyəli itkilər də verib.
Agentliyin İranın rəsmi və yarı rəsmi mediası ilə təhlükəsizlik mənbələrindən topladığı məlumatlara görə, 2013-ün fevralından bəri ən azı 15 general toqquşmalarda öldürülüb.
İranın Suriyadakı ən ağır itkisi, İnqilab Keşikçiləri Ordusuna bağlı Qüds Qüvvələri komandanı general Qasım Süleymaninin müavini general-mayor Hüseyn Həmədani olmuşdu.
Müxalifət.az