İdlibdə xalq küçəyə töküldü: TÜRKİYƏ BİZİ QORUSUN

Baxış sayı:
2029

ABŞ və Əsəd rejiminin hücuma hazırlaşdığı İdlibdə xalq küçələrə tökülüb. 3,5 milyonluq şəhərdə, cümə namazından sonra 100- qədər bölgədə başlayan aksiyalarda ASO və Türk bayraqları qaldırılıb. "Allahdan və Türklərdən başqa dostumuz yoxdur" yazılı plakatlar qaldıran İdlib xalqı, "Türkiyə bizi qorusun" şüarları səsləndirib.
 
Kimyəvi təxribat ehtimalına qarşı ABŞ, İngiltərə, Fransanın hücum hazırlığı və Rusiyanın sərt xəbərdarlıqla birlikdə sanki barıt çəlləyinə dönən bölgədə xalq, meydanlarda "Türkiyə” deyə, hayqırıb.
Təxminən 4 milyon Suriyalının yaşadığı şəhərin 100 ayrı bölgəsində cümə namazından sonra keçirilən aksiyalarda Rusiya, ABŞ, Birləşmiş Millətlər, Əsəd və bütün Qərb qüvvələrinə etiraz edilib.
Azad Suriya Ordusu və Türkiyə bayraqları il\ meydanları dolduran on minlərlə dinc əhali, "Allahdan və Türklərdən başqa dostumuz yoxdur" mesajı verib. Bölgə xalqının haqlı etirazlarına “Fərat Qalxanı” bölgəsi, Afrin və Hələbin şimalındakı əhalidən də dəstək gəlib.
On minlərlə Suriyalının küçələrə çıxdığı İdlibin hər yerində "Türkiyə səsləri əks-səda verir. İdlib Yerli Məclisində Qadınlar üzrə büro rəhbəri Xana Dehnin "Rejimin və Rusiyanın silahı ilə hər hansı bir vətəndaşın ölməsindən beynəlxalq ictimaiyyət cavabdehdir. Əməliyyatın qarşısının alınmasını və müvafiq tədbirlərin görülməsini tələb edirik. Eyni zamanda Türkiyə dövləti, necə Cerablus və Afrinə girib, təhlükəsizliyi təmin etmişsə, İdlib bölgəsində də bunu istəyirik. TSQ-nin monitorinq məntəqələrini artırmasını istəyirik" açıqlaması edib.
 
ƏSƏD TERROR MƏNBƏYİDİR
 
Suriya vətəndaş müharibəsi zamanı baş verən qətliamları pisləyən İdliblilər, Əsəd zindanlarında saxlanılan vətəndaşların buraxılması çağırışı edib. Daşıdıqları plakatlarda Suriyalılar Ərəbcə, İngiliscə və Türkcə olaraq bu mesajları verib: "Allahdan və Türklərdən başqa dostumuz yoxdur", "Əsəd və milisləri terrorçu mənbəyi, Türkiyə isə sülh mənbəyidir", "Gerçək terrorçu Əsəd rejimidir", "Biz inqilaba hələ də sadiqik", "İşimiz birdir, qərarımız birdir".
Nümayişçilərdən Bazel Həvva, "Vətəndaşlar üçün Türkiyədən başqa çıxış yolu yoxdur. Afrin və Cerablusda olduğu kimi, İdlibin də Türkiyə nəzarətinə keçməsini istəyirik" deyib.
Etiraza qoşulan İdlib Bələdiyyə Məclisinin sədri Doktor Əhməd Firas Alluş, "İdlib, Suriyanı təmsil edir. Müqavimət göstərəcəyik. Qanımızın son damcısına qədər müqavimət göstərəcəyik. Türk qardaşlarımızdan bizim sıramızda dayanmalarını, bizi dəstəkləmələrini, tək başımıza buraxmamalarını istəyirik" deyib.
Müxalifət.az