İdlibdə təxribat baş tutmadı: Türkiyə yenə oyunu pozdu

Baxış sayı:
5272

İdlibdə Heyət Təhrir Şam (HTŞ) terror qrupu üzərindən dövrəyə soxulan təxribat baş tutmadı. ABŞ-ın Münbiçdən çəkilmə qərarı və İŞİD-la mübarizədə Türkiyəni önə çəkən prezident Donald Trampın açıqlamalarından sonra İdlibdə HTŞ təxribatı dövrəyə soxuldu. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı tərəfindən maliyələşdirilən HTŞ tərkibindəki Misirli Şər-i səlahiyyətlilərindən Ai Yekzan Al Mısri fətva verərək Azad Suriya Ordusunu (ASO) mürtəd elan edti.
 
TƏXRİBAT BAŞ TUTMADI
 
 HTŞ, Zəngi qrupunu və ASO-nu hədəf alan hücumlar təşkil etdi. Toqquşmalar nəticəsində hər iki tərəfdən də 100-ə yaxın itki olduğu bildirildi. Qarşıdurmalar davam edərkən Əsəd rejimi də fürsətdən istifadə edərək bölgəyə ağır silah topladı. Soçi anlaşması çərçivəsində atəşkəsin qorunduğu regionda Rusiya və Türkiyənin cəhdləri ilə regionda münaqişələrin alovlanmasına imkan verilmədən durduruldu. İdlibdəki TSQ müşahidə məntəqələrinə qarşı artan potensial təhdid üzərinə Türkiyə bölgəyə hərbi qüvvə və ağır silahlar göndərdi. Rusiyanın dövrəyə girməsiylə rejimi təxribat hədəfləri qursağında qaldı və münaqişələri böyütməyən HTŞ-li qruplar da Türk əsgərini qarşısına almağa cəsarət etmədiyi üçün döyüşlər dayandırıldı. HTŞ-li qruplar ələ keçirdikləri ağır silahları da müxaliflərə qaytardı. Beləliklə İdlibdə Səudiyyə-BƏƏ fonunda ortaya qoyulan təxribat planı baş tutmadı.
 
TÜRKİYƏ ƏLEYHİNƏ RƏY YARATMAQ BOŞ ÇIXDI
 
 İdlibdəki hadisələr Qərb ölkələrində də Türkiyə əleyhinə kampaniyalarda istifadə edildi. Qərb mediası, "Türkiyənin təminat verdiyi İdlibdə anlaşmanı təmin edə bilmirsə, İŞİD ilə necə mübarizə aparacağı, bu gücə sahib olmadığı" arqumentləri üzərindən rəy yaratmağa çalışdı. Ancaq başda ABŞ olmaqla, Qərb ölkələrinin gözləntilərinin əksinə, İdlibdə Türkiyə ilə Rusiya arasında qurulmuş olan Soçi anlaşması baltalanmadı. Bütün beynəlxalq ictimai rəy yarat yaratmaq planı da İdlib təxribatı ilə birlikdə boşa çıxarılmış oldu.
Müxalifət.az