İdlibdə əllər tətikdə: Əsədin vertolyotu məhv edildi

Baxış sayı:
3682

Rusiya və Suriya rejimin hücumlarına məruz qalan İdblidə müxaliflər, İdlib ilə Xama şəhərində rejim və havadarlarının mümkün quru hərəkatına qarşı müdafiə xətləri yaratmağa başlayıb. Təyin olunan 5 ayrı nöqtədə qurulan müdafiə xətlərinə xəndəklər qazılıb, ağır silahların yerləşdirildiyi səngərlər yaradılaraq tədbirlər görülüb. Yaradılan müdafiə xətlərində İdlibə doğru irəlilədikcə müxaliflərin tədbirlərini artırdığı və burada həm ağır silah, həm də silahlı əsgər sayını artırdığı müəyyənləşib.
 
RAKETLƏ HÜCUM
 
Müxaliflərin son müdafiə xəttinə isə ardıcıl hərəkət etmək və ehtiyac duyulan bölgələrə kömək sövq etmək üçün tunellər qazdığı bildirilib. Meydançada təkcə müxalifətçilər deyil, rejim güclərinin də fəallığı gözə çarpır. Rejim güclərinin də nəzarətindəki bölgələrdə indiki və burada çıxışlı qüvvələri ilə müxaliflərin olduğu sahələri tez-tez atəş altına aldığı görülüb. İdlib əyalətindəki yüksəkliklərdən müxaliflərə tez-tez havan topları və raket atışı həyata keçirilir. Təzyiqin düşmədiyi İdlib əyalətində olan Milli Qurtuluş Cəbhəsinə bağlı müxalif qruplar, yaradılan müdafiə xəttində hazır vəziyyətdə əlləri tətikdədir. Müxaliflər dünən axşam saatlarında rejim qüvvələrini Grad raketləri ilə vurub. Xama şəhərindəki Xama Hərbi Hava Limanı ilə rejim qüvvələrinin olduğu Mucenzerat Məktəbini hədəfə alan müxaliflər, havaya qalxmaq üçün hazırlaşan bir vertolyotu məhv edib. İçində varil bombası olan vertolyotda bir rejim əsgəri ölüb, varil bombasının partlaması ilə hava limanında yerləşən çox sayda avtomobil ziyan görüb.
Müxalifət.az