İdlibdə dəhşətli bombalı avtomobillə təcavüz: Çox sayda ölü və yaralılar var

Baxış sayı:
9985

 Suriyanın İdlib şəhərinin mərkəzindəki Əl-Qüsur küçəsində iki bomba yüklü avtomobil partlayıb. İlkin məlumatlara görə, 15 nəfərin həyatını itirdiyi, 30 nəfərin yaralandığı açıqlanıb.
 
Suriyada "gərginliyi azaltma bölgəsi" elan edilən İdlibdə gərginlik günü-gündən yüksəlir. Rejimin bombardman altına aldığı İdlib əyalətindəki müxaliflər rejim güclərinə qarşılıq verməyə başlamış, müəyyən bölgələrdə atəşkəs tamamilə pozulmuşdu.
Rayona gələn Suriya Mülki Müdafiə dəstələri ilk partlayışda böyük bir itkinin olmadığını, ancaq ikinci partlayışın əhalinin çox olduğu bir regionda baş verdiyini qeyd edib.
Hücumların baş verdiyi yerlərin böyük ziyan gördüyü bildirilib.
Müxalifət.az