İdlibdə atışma səngimir: Türkiyəyə axın yenidən başlayır

Baxış sayı:
11191

Suriyada Bəşər Əsəd və İranı dəstəkləyən silahlı qruplar İdlibdə atəşkəsi pozmağa davam edir.
Muxalifet.az xəbər verir ki, bu dəfə silahlı qruplar İdlibdə artilleriya hücumları ilə mülki vətəndaşları hədəf alıb. Hücum nəticəsində 19 mülki vətəndaş həyatını itirib, 85-dən çox vətəndaş isə yaralanıb.
Bildirilir ki, Türkiyədən Suriyaya geri dönən vətəndaşlar yenidən qonşu ölkəyə üz tutmağa başlayıb.
Qeyd edək ki, ötən ilin son aylarına yaxın Rusiya və Türkiyə prezidentləri Soçidə İdlibdə atəşkəs əldə edilməsi barədə razılıq əldə etmişdilər.