​İdlib əməliyyatı: Sadəcə “Bordo Bereli”lərin anlayacağı işarələr...

Türkiyə xüsusi təyinatlı dəstələrinin kəşfiyyat qrupları İdlib ərazisində kəşfiyyat işləri aparır.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, coğrafi şəraiti müşahidə edən kəşfiyyat qrupları ərazinin hərbçilərin keçidi üçün əlverişliliyini yoxlayır.
Türkiyə xüsusi təyinatlı dəstələrinin kəşfiyyat qrupları ərazidə təhlükəli hesab olunan yerləri sadəcə “Bordo Bere”lilərin anlayacağı şəkildə işarələyir. Yerli mənbələrdən kəşfiyyat məlumatları toplanır və həmin informasiyaların dəqiqliyi yoxlanılır. Qrup kəşfiyyat mənbələrini seçərkən bölgədə yaşayan əhalinin psixologiyasını və yerli davranış qaydalarını diqqətlə təhlil edir.
Kəşfiyyat işlərinin bir neçə həftəyə qədər davam edə biləcəyi bildirilir.