İdlibə intensiv hava hücumları davam edir

Baxış sayı:
5698

 Suriyada "İdlib Gərginliyi Azaltma Bölgəsi" sərhədləri içərisindəki mülki mövqelərə aparılan intensiv hava hücumlarında 6 nəfər həyatını itirib, ən azı 40 nəfər yaralanıb.
 
Dünən axşam başlayan hava hücumları gün boyu davam edib. İdlibin şəhər mərkəzi, Xan Şeyxin və Serakib rayonları ilə Əl Huveyn, Um Cəlal kəndlərinə intensiv quru və hava hücumu təşkil olunub.
Mülki müdafiə mənbələrinə görə, hava hücumlarında əksəriyyəti qadın və uşaq olmaqla, 6 mülki vətəndaş ölüb, ən azı 40 nəfər yaralanıb.
Mülki müdafiə dəstələri axtarış xilas etmə işlərinə davam edərkən, ölü sayının artmasından narahatlıq edilir.
Müxaliflərə aid təyyarə müşahidə evi sosial media hesablarında "Hımeymim hərbi bazasından havaya qalxan SU 34 tipli Rus döyüş təyyarələri İdlib üzərinə hücumlar təşkil edir" məlumatını bölüşüb.
Sözügedən təyyarələr səhər Serakib rayonu çölündə yerləşən bir çadır şəhəri vurmuş, 2 nəfər ölmüş, 19 nəfər yaralanmışdı.
Əsəd rejimi və İran dəstəkli terrorçu qrupların Soçi Anlaşmasını pozaraq İdlib Gərginliyi Azaltma Zonası daxilindəki mülki yaşayışlara bu ilin əvvəlindən etibarən təşkil etdikləri hava və quru hücumlarında ən az 132 vətəndaş həyatını itirib, 420-dən çox mülki vətəndaş yaralanıb.
Rejim qüvvələri Türkiyə və Rusiya arasında İdlibdəki atəşkəsi möhkəmləndirmək üçün imzalanan Soçi Razılığına baxmayaraq hücumlarına fasilələrlə davam edir.
Astana Müqaviləsi çərçivəsində Əsəd rejiminin təminatçısı olan Rusiyanın rejim hücumlarını qarşısını almaq öhdəliyi var.
Əsgəri müxaliflər isə 17 sentyabr 2018-də imzalanan Soçi Anlaşmasının nəzərdə tutduğu ərazidən ağır silahlarını 10 oktyabr 2018-də çəkmişdi.
Müxalifət.az