“İDLİB” HƏRƏKATININ 5 ƏSAS HƏDƏFİ

 Türkiyə uzun müddətdir hərəkatın başlaması üçün hazırlıqlar görürdü. Bu sırada Təhlükəsizlik Şurasının görüşmələrində “İdlib” hərəkatının əsasları 5 maddə halında müəyyənləşdi:

 1- PKK/YPG-nin İdlibə daxil olmasının qarşısını almaq.
 2- Kürd dəhlizinin önünü bağlamaq.
 3- İdlib xalqını rejimin hücumlarından qorumaq.
 4- PKK/YPG-nin Suriyanın sahil bölgələrinə yaxınlaşmasının qarşısını kəsmək.
 5- PKK/YPG nəzarətindəki Afrini mühasirəyə almaq.
 
 TÜRKİYƏ ABŞ VƏ QƏRBDƏN DƏSTƏK ALMADI
 
 Astana prosesində Türkiyə, Rusiya və İran İdlib əməliyyatını müzakirə etdi. Təhlükəsizlik sahələri müəyyənləşdirildi.
 Regionun onsuz da əvvəldən bəri Ankaradan gözləntiləri var idi. İdlib xalqı ABŞ-ın nəzarət etdiyi PKK/YPG/SDGY-i istəmir.
 Xalqın"Müsəlman gücü" gözləntiləri var.
 Bu gözləntilərə cavab verən yeganə aktyor da yalnız Türkiyədir.
 İdlib xalqı, Həyat Təhriri-Şamın (HTŞ) Türk əsgərinə müqavimət göstərməsini istəmir.
 Bu ana qədər HTŞ-dən Türk əsgərinə heç bir hücum gəlmədi.
Türkiyə də İdlib məsələsində ABŞ və Qərb müttəfiqlərdən dəstək almadı.
 
 RUSİYA VƏ İRANA MƏLUMAT VERİLİR
 
 -"İdlib hərəkatı tamamilə Türkiyə tərəfindən aparılır. Hərəkat mərhələlərində Rusiya və İrana məlumat verilir".
- Planlaşdırma prosesi
 -Meydandakı aktyorlar
- Qruplar arasında rabitə və vasitəçilik
 -Müqavilə mətnlərinin çərçivəsi və anlaşmanın təmin edilməsi. Bu yöndə İşləri tamamilə Türk kəşfiyyatı öz üzərinə götürüb.
 
 BUNDAN SONRA NƏ OLACAQ?
 
 Ankara İdlib hərəkatı ilə birlikdə Suriya danışıqlarını sürətləndirəcəyini düşünür. Bununla da masada daha güclü şəkildə mövqe alacaq.
 Prosesə töhfə verən mötədil müxalifət də qorunmuş olacaq.
 Əsl əhəmiyyətlisi də Afrindəki PKK varlığının ləğvi gündəmə gələcək.
 
 AFRİN TƏHDİDİ MÜHASİRƏYƏ ALINMALIDIR
 
 Türkiyənin İdlib hərəkatı ilə bir neçə əhəmiyyət daşıyır.
 Amma əsl əhəmiyyətlisi Afrin mənşəli terror təhdidinin mühasirəyə alınmış olunmasıdır.
 Muğlada yaxalanan PKK-lı qrupun Suriyadan gəmi ilə Türkiyəyə keçidi unudulmamalıdır.
 Hər əməliyyatın riskləri təbii ki, var və olacaqdır.
 Bu hərəkatı indi etməsəniz, sabah gələr sizi arxanızdan vururlar.
 Ankara, İstanbul və Qaziantep kimi.
 Türkiyə milli təhlükəsizliyinin hansı ölçülərdə təhdid edildiyini çox yaxşı gördü.
Müxalifət.az