İdlib düyünü çözülə biləcəkrmi?

Baxış sayı:
5539

Mehmet Acet, Haber7

Gözlər, Türkiyə, Rusiya və İranlı liderlərin iştirakı ilə keçiriləcək olan Tehran sammitinə çevrilib.
Ən çox da, İdlibə qayıdan 3,5 milyon insanın aqibətini yaxından maraqlandıran bir sammitdir bu.
Anlaşma olacaqmı?
Türkiyənin xəbərdarlıqlarını Ruslar və İranlılar qəbul edəcək mi?
Yoxsa, bildiklərini oxuyub, daha əvvəl bənzər şahidlik etdiyimiz soyqırımların bir yenisini İdlibdə edəcəklər?
Xarici işlər naziri Mövlud Çavuşoğlunun srağagünkü açıqlamalarından da göründüyü kimi, Rusların bir az da bu sammit öncəsi təzyiq yaratmaq üçün hava hücumlarını başladığı aydın olur.
Bu hücumlar artaraq davam edəcək mi?
Yoxsa məhdud bir şəkildə tutulub, masada tərəqqi yoluna gediləcək?
Bu sualların hamısının cavabı, Tehran sammitinin nəticələrinə görə məlum olacaq.
Özündə iki ssenari var əslində.
Birinci ssenari pis olanıdır.
Rusiya, İran və Dəməşq rejimi, havadan, qurudan ağır bir hücumla İdlib müharibəsini başlayacaq.
Belə bir vəziyyətin ortaya çıxaracağı nəticə, Astana ittifaqının kökünə kibrit çəkmk mənasına gələcəyi aşikardır.
İkincisi, İdlibə ediləcək hücumların Hələb, o cümlədən, Suriyanın digər regionlarına sıçraması ehtimalıdır.
Rusiya, İran və rejimi geri addım atmağa zorlayacaq əməli amillərdən biri də budur onsuz da.
Ankaradakı təhlükəsizlik səlahiyyətliləri, “zora zorla, gücə güclə cavab vermək lazımdır” deyirlər.
Yekun məqsəd masada güclü hala gəlmək isə, bunun yolunun xüsusilə Suriyanın timsalında bu şəkildə olduğu dilə gətirilir.
İkinci ssenari, Türkiyənin tələbləri əsasında əməliyyatın dinc əhali və Türkiyəyə bağlı müxalif qruplara təsir göstərməyəcək şəkildə məhdud olmasıdır.
Masadan belə bir qərar çıxa bilər.
Bu halda, İdlibdə mövcud olan, amma Türkiyənin də terror qrupları arasına aldığı HTŞ terror qruplarına keçiriləcək əməliyyatlarla proses məhdudlaşa bilər.
 
QƏRB YENƏ İKİLİ DAVRANIR
 
Başqa bir məsələ, İdlib məsələsində səs verən Fransa, Almaniya kimi Avropa ölkələri ilə ABŞ-dan verilən bəyanatlardır.
Bəyanatlar ilk baxışda ehtimal bir hücuma qarşı çıxdıqları formada razılaşdırılsa da, daha ətraflı baxanda ikili bir mövqe ilə qarşı-qarşıya olduğu görünə bilər.
Ən son Fransız rəsmilərinin ifadə etdiyi "Kimyəvi hücum olarsa, lazım olanı edəcəyik" şəklində dəqiq bir mövqe budur.
Bu halda, adi üsullarla aparılacaq hər cür təcavüz, Qərbin səssiz qalacağı anlamına gəlir.
Daha öncə olanda bu idi zatən.
Qərbdən gələn İdlib məsələsində Türkiyə ilə sinxronizə olduqları istiqamətindəki açıqlamaları da rahatlatıcı bəyanatlar kimi görmək səhv olardı.
Niyə desəniz, burada ikinci bir niyyət də var.
O da budur:
Əvvəlindən bəri Türkiyənin bir az da ABŞ-ın aldatmaları ucbatından Astana ittifaqına üz tutması, onlar üçün heç bir zaman arzu edilən bir şey olmadı.
Buna görə də Astana ittifaqının yara alması, dağılması, zəifləməsi kimi variantlar Avropa və ABŞ-ın Suriya siyasətinin əsas üstünlükləri arasında yer alır.
“Türkiyə ilə eyni mövqedəyik” açıqlamalarının arxa planında belə bir arzunun olduğunu gözdən uzaq tutmamaq lazımdır.
Nəticə etibarilə “Türkiyə ilə eyni nöqtədəyik” deyə, bildirilən bu mövqeyin ritorikadan ibarət olduğu unudulmamalıdır.
Suriyadakı hadisələr hər zaman meydançadakı vəziyyətə, güc nisbətlərinə görə müəyyənləşmişdir.
Ruslar, İran və Dəməşq rejimi bir bədəli olduğunu görmədikləri halda, İdlibi tamamilə ələ keçirmək fikrindən əl çəkməyəcək.
Bu bədəl, İdlibə düşəcək alovun başqa yerlərə də sıçraması ehtimalı ola bilər.
Astana ittifaqının dağılması riski ola bilər.
Türkiyə Rusiya münasibətlərində ABŞ-a qarşı yaradılan, faktiki olaraq iki ölkənin də işinə gələn yaxınlaşma prosesi də dayana bilər.
Tehran zirvə görüşündən müsbət bir nəticə çıxması da elə bu üç məsələdə Rusiyanın əyləcə basması ilə mümkün olacaqdır.
Tərcümə etdi: Müxalifət.az