"İdlib Dalanı: Beynəlxalq Sistemin Yeni Sınağı

Baxış sayı:
412

Türkiyə Cumhurbaşqanlığının sözçüsü İbrahim Kalın, “Daily Sabah”-da İdliblə bağlı dəyərləndirmələri qələmə alıb.
 
Kalının “Daily Sabah”-da dərc olunan məqaləsi;
Suriyada müharibə yeddinci ilindədə xaos, insanı dram və siyasi təlatüm yaratmağa davam edir. Möhkəm və davamlı bir siyasi həll olmadan davam edən siyasi və hərbi münaqişələr, yalnız mövcud böhranı daha da artıracaqdır. İdlib və ətrafındakı son hadisələr vəziyyəti yaxşılaşdırmaq əvəzinə, daha da dəhşətli hala gətirəcəkdir.
Suriyanı aşan bir məsələ halına gələn bu müharibənin Suriya xalqına heç bir faydası olmadığı ortadadır. Qlobal və regional güclər arasında aparılan bir vəkalət müharibəsinə şahid oluruq. Daha çox güc və nüfuz əldə etmək istəyi və tamahkar niyyətlərin səbəb olduğu bu vəhşiliyin qaynağı yalnız silahlar deyil. Əgər tərəflər fərqli bir mövqeyə sahib olsayd, ağıl, fəzilət və mərhəmətə söykənən bir həll uzun müddət əvvəl mümkün olardı.
Dünyanın böyük əksəriyyəti Suriya xalqına arxasını döndü. Suriya xalqının əzablarına dəstək yalnız sözdə qalarkən, əsas aktyorlar müharibəni dayandırmaq üçün ya çox az şey etdi, ya da heç bir şey etmədi. Hər kəs müharibənin əkiz quldurları arasında qalan Suriya xalqını izləməklə kifayətləndi. Yüzlərlə insanını qətlə yetirən qəddar Əsəd rejimi və DAEŞ ilə PKK-ya bağlı PYD-YPG kimi müxtəlif terrorçu qruplar da Suriya ərazisindəki ölüm və tənəzzüldən cavabdehdir.
Cenevrə və Astana prosesləri qismən nəticə veribsə də heç biri axan qanı dayandırmadı. Amerika Şimal-şərqi Suriyadakı varlıqlarını qanuniləşdirmək üçün DAEŞ-ı istifadə etdi. DAEŞ təhdidinin böyük ölçüdə ortadan qalxması ilə ABŞ, Türkiyə ilə strateji tərəfdaşlığını pozmaq bahasına Suriyadakı PKK ilə əlaqələrini qanuniləşdirməyin yollarını axtarır. Türkiyənin bu qaranlıq əlaqəni dayandırma mövzusunda etdiyi çağırışlara ABŞ qulaqlarını tıxamışdır. Rejim və havadarları İran və Rusiya da Levanta yeni bir xəritə çəkmə məqsədlərini haqlı çıxarmaq üçün DAEŞ əjdahasını istifadə edir. Bütün bu ünsürlərin Suriyadakı mötədil müxalif qrupları siyasi və hərbi olaraq məhv etdiyinə və ya zəiflətdiyinə şahid olduq.
Suriya müxalifət qüvvələrinin son qalası olaraq İdlib qaldı. 3,5 milyon əhaliyə malik bu vilayətə qarşı hər hansı bir hücum böyük bir insanı fəlakətə yol açacaq. Bu isə Türkiyəyə, buradan da Avropaya və başqa yerlərə yeni miqrasiya dalğasına təkan verəcəkdir. İdlibə qarşı hər hansı bir təcavüz ölüm və ziyandan başqa bir şey gətirməyəcək, həm Cenevrə, həm də Astana proseslərindəki bütün siyasi səylərə zərbə endirəcək, bu da Əsəd rejiminin əxlaqsız bir qələbəsi olacaq. Beləliklə, Suriyada istədiyini əldə etməyin yeganə yolunun fərq qoymadan qəddarlıq və güc tətbiq etmək olduğu bir daha nümayiş etdiriləcək. Suriyadakı münaqişənin həll yolu əlbəttə, bu ola bilməz.
Dünya İdlib və ətrafındakı vəziyyətin qarşısını almaq üçün yenə az səy göstərdi. Xəbərdarlıq, əsəbilik, narahatlıq və s. kimi açıqlamalar ilə heç bir yerə varmaq olmaz. Kimyəvi silah istifadə etdiyi təqdirdə Əsəd rejiminə hücum təhdidləri bu iki səbəbdən dolayı mənasızdır. İlk olaraq rejim keçmişdə kimyəvi silah istifadə etmiş və rejimin bu tutumunu yox etmək üçün heç bir şey edilməmişdir. Sadəcə, görüntü vermək üçün edilən az sayda hücum heç bir məna ifadə etmir. İkinci olaraq, kimyəvi silah istifadəsini şərtə bağlamaq, rejimin adi silahlarla qətliama davam edə biləcəyini deməyin başqa bir yoludur. Bax, bu da Suriya müharibəsinin utancverici bir ironiyasıdır. Rejim kimyəvi silah istifadə etməkdən çox, adi silahlarla daha çox insan öldürüb. Və rejim hələ də bu iki təhdidə arxasını dayayır.
Avropa üçün müharibənin dayanması prioritet təşkil etmir (indiyə qədər bu mövzuda qeydə dəyər bir təklif və ya səy görmədik). Avropa ölkələrinin əsas qayğısı 2015 və 2016-da olduğu kimi, yeni bir köç dalğası ilə qarşı-qarşıya qalmamasından əmin olmaqdır. Bu məsələdə Avropa dövlətləri Türkiyənin yanında yer alırlar və bu həmrəyliyin güclənməsi mühümdür. Lakin hərbi münaqişəni nizamlama, siyasi həllə çatmaq və qaçqınlara sahib çıxma yükünü Türkiyə daxil, heç bir ölkə təkbaşına qaldıra bilməz. Avropalılar bir addım daha önə çıxaraq əlini daşın altına qoymalıdır.
İdlib, Astana anlaşması çərçivəsində bir çatışmasızlıq ərazisidir. Üç təminatçı ölkə olan Türkiyə, Rusiya və İran burada hərbi müşahidə nöqtələri qurub. Türkiyənin də müşahidə nöqtəsi var. Türk əsgərlərinin varlığı, mümkün hücumun qarşısını almağın yeganə zəmanətidir. Çünki Rus döyüş təyyarələri və rejimin quru qüvvələri, Türk əsgərləri orada ikən bir hücum həyata keçirə bilməz (vətəndaşlar və qanuni, mötədil müxalif qüvvələrə məhəl qoymadığını bilirik). Terrorçu qrupların aradan qaldırılması səbəbilə İdlibə ediləcək hər hansı bir hücum Astana prosesinə zərbə endirəcəkdir.
Türkiyə Suriyada yeni bir humanitar fəlakətin qarşısını almaq üçün əlindən gələni etdi və bu məsələdə səylərinə qorxmadan davam edəcəkdir. Beynəlxalq dəstək mexanizmi, qayğı və ya Amerika prezidenti Trampın twitində istifadə etdiyi kimi, "qəzəb" ifadələrindən irəli gedərək, istər siyasi, istərsə də qaçqınlarla bağlı həll ehtiva edən konkret davranışlarla yoluna qoyulmalıdır. İdlib saatlı bomba kimi qarşımızdadır. Əgər beynəlxalq İctimaiyyət Suriyada müharibəni ciddiyə alıb, Suriya xalqına əhəmiyyət verdiyini göstərsə, bu saatlı bombanı dayandırıb, yeni bir prosesə başlaya bilər.
Hazırladı: Müxalifət.az