“İdlib” anlaşmasına Suriya münasibət bildirdi

Baxış sayı:
4819

İdlibdə silahsız zona yaradılması qərarı barədə Suriya Xarici İşlər Nazirliyindən açıqlama verilib. Suriya Xarici İşlər Nazirliyindən, "Türkiyə ilə Rusiya arasındakı razılaşmanı məmnuniyyətlə qarşılayırıq" ifadələrinə yer verilib.
 
Ancaq Əsəd rəhbərliyinin Suriyanın bütün ərazilərində yenidən nəzarəti təmin etmək məqsədinə uyğun danışan dövlət rəsmisi, "Suriya torpağının son qarışı azad edilənə qədər terrorla müharibəmizi davam etdirəcəyik. Hökumət, Suriya torpağının son qarışını istər hərbi əməliyyatlarla, istərsə də yerli razılaşmalarla azad edilənə qədər terrora qarşı mübarizəni qətiyyətlə davam etdirəcəyini təsdiq edir" deyib.
Qeyd edək ki, dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin dünən Soçidə bir araya gəldi. Dünyanın gözünü çevirdiyi kritik görüşdən sonra Putin, "15 -20 kilometr silahsız bölgənin yaradılması ilə bağlı qərar verdik. 15 oktyabrdan etibarən ağır silahlar Suriyadan çıxarılmağa başlayacaq "deyərkən, prezident Ərdoğan," Müxaliflər və rejim nəzarətində olan ərazilərdə silahsız bir sahə yaradılacaq. Müxaliflər olduqları yerdə qalacaqlar. Rusiya, İdlib gərginliyi azaltma bölgəsinə hücum edilməməsi məsələsində lazımi təminatları edəcəkdir. Koordinasiyalı keşik-patrul fəaliyyəti həyata keçiriləcək" açıqlamasını verib.
Açıqlamalardan sonra, Türkiyə və Rusiya arasında "İdlib Gərginliyin Azaldılması Bölgəsindəki Vəziyyətin Sabitləşdirilməsinə Dair Anlaşma Memorandumu" imzalanıb.
Müxalifət.az