İçtimai Birlik orta məktəbində tədbir keçirdi - TƏRTƏRDƏ

Baxış sayı:
183

“Tariximizə sahib çıxaq” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbirlərin keçirilməsi” layihəsinin icrası davam edir.
Layihə çərçivəsində Şamaxı, Gəncə, Goranboy və Tərtər rayonlarında yerləşən tam orta məktəblərdə və kənd kitabxanalarında böyük şair və mütəfəkkür İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar maarifləndirici tədbirlər keçirir.
Tərtər rayonunun Soyulan və İrəvanlı kəndində fəaliyyət göstərən kitabxanada təşkilat sədri Araz Şamilovun, AMEA Folklor İnstitutunun 2 əməkdaşı Vəfa Salehova və f.ü.f.d. Səkinə Qaybalıyevanın iştirakı ilə gənc oxucularla görüşüblər. Görüş zamanı Kitabxana müdürləri Babayeva Ruhiyyə (Soyulan k.) və Həsənova Zenfira (İrəvanlı k.) kənd kitabxanasının ümumi fəaliyyəti haqqında danışıblar. Qeyd edək ki, kitabxana müxtəlif sahələri əhatə edən kitablarla zəngindi. İrəvanlı kənd kitabxanasında görüşdən sonra kitabxanaya təşkilat tərəfindən kitablar da hədiyyə edilib. İştirakçıların daha çox mütaliə etməsi üçün maarifləndirici söhbətlər aparılıb.
16 oktyabr 2019-cu ildə təşkilat nümayəndələri Tərtər rayon Soyulan kənd tam orta məktəbin direktoru, müəllim və şagird kollektivi ilə görüşüblər.
Növbəti gün Tərtər rayon Soyulan kənd tam orta məktəbində keçirilən tədbi çıxış sözü ilə məktəbin direktoru Mikayılova Afizə açaraq tədbirin əhəmiyyətindən danışıb. Tədbirlərdə görkəmli Azərbaycan şairi Nəsiminin həyat və yaradıcılığından, yaşadığı tarixi dövrdən, şairin əsərlərinin dil və üslub xüsusiyyətlərindən bəhs edilib. Nəsiminin təkcə Azərbaycan xalqının yox, bütün dünyanın ən nəhəng söz, fikir mütəfəkkirlərindən biri olduğunu qeyd edən təşkilat nümayəndələri, onun zəngin irsinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malik olduğu şagirdlərin nəzərinə çatdırılırılıb.
Təşkilatın sədri A. Şamilov çıxış edərək layihənin məqsədi, fəaliyyətin davamlılığı haqqında iştirakçılara geniş məlumat verib.
Tədbirdə AMEA Folklor İnstitutunun əməkdaşları V. Salehova və S. Qaybalıyeva şagirdlərə İ. Nəsiminin yaradıcılığı, onun şeirlərində xalqa bağlılıq, mübarizə ruhu haqqında ətraflı məlumat verərək, şagirdlərlə disskusiya aparıblar.
Tədbirdə məktəbin müəllimləri Tahirə Novruzova və Alıyeva Nərmin də çıxış edərək Nəsimi irsi haqqında şagirdlərə geniş məlumat vermişir.
Görüş zamanı şagirdlər ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, Nəsiminin qəzəllərindən nümunələr səsləndiriblər. Şagirdlərin çıxışları maraqla dinlənilib. Məktəblilərin söylədiyi qəzəllər, şerlər iştirakçılar tərəfindən yüksək qiymətləndirilərək alqışlarla qarşılanıb.  Tədbirdə aktiv iştirak edən 20 şagirdə diplom verilmişdir.
Tədbir zamanı disskusiyalarda, şeir müsabiqəsində aktiv iştirak edən şagirdlərə təşkilatın sədri tərəfindən diplom və məktəbli çantaları verilib.