​İCRA NÜMAYƏNDƏSİ: Tualetdə yaşayan ailəyə kömək edə bilmərik - VİDEO

Baxış sayı:
18889

Bir neçə gün əvvəl Bakının Nəsimi rayonunda iki azyaşlı övladı və əlil həyat yoldaşı ilə birlikdə səkkiz il tualetdə yaşayan Fəridə Məhəmmədova haqqında məlumat vermişdik.
Mövzunu gündəmdə saxlayaraq, yenidən həmin ailə ilə görüşdük. Məsələ ilə bağlı Nəsimi rayon icra başçısının ərazi üzrə nümayəndəsinin müavini Nuru Əhmədovla əlaqə saxladıq.
Muxalifet.az xəbər verir ki, Nuru Əhmədov oxu.az-a bildirib ki, onları evlə təmin etmək üçün icra hakimiyyətinin fondu yoxdur, yalnız imkanlı şəxslər kömək göstərmək üçün müraciət etsələr, ailə üçün ev tikilə bilər.