​İcra hakimiyyətinin avtomobili piyadanı vurub öldürdü

Baxış sayı:
4507

Bakıda zibildaşıyan maşının vurduğu piyadanın şəxsiyyəti məlum olub.
Məlum hadisə ötən gün paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Nəsimi rayon İcra Hakimiyyətinə məxsus, Qəhrəman Ağababayevin idarə etdiyi “İveco” markalı, 99 JF 567 dövlət nömrə nişanlı yük maşını yolu keçmək istəyən, 1963-cü il təvəllüdlü Cümşüd Cəmil oğlu Kərimlini vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir./Open.az