İcra Hakimiyyəti “Mercedes S350” yox, bu avtomobili aldı - FOTOLAR

Baxış sayı:
4770

Kəlbəcər rayon İcra Hakimiyyətinə xidməti avtomobilin alınması ilə bağlı tender başa çatıb. Bu barədə Unikal.org-a rayon icra hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsind'n m'lumat verilib. Xəbərdə bildirilir ki, Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı aparatı üçün alınacaq xidməti avtomobil məsələsi artıq öz həllini tapmışdır. Belə ki, Azərmaş Açıq Səhmdar Cəmiyyətinin istehsalı olan 2019-cu ilin buraxılışı "Khazar Peugeot” markalı sedan, sedan tipli minik avtomobili alınaraq İcra Hakimiyyəti başçısı aparatının xidməti istifadəsinə verilib". Qeyd edək ki, bir neçə gün öncə rəsmi qəzetlərdə icra başçısı üçün avtomobil alınması ilə bağlı tender elan olunmuşdu. Həmin tenderdə "Mercedes S350" markalı avtomobilin alınması nəzərdə tutulmuşdu. İcra başçısının bahalı avtomobil almaq istəyi müzakirələrə səbəb olmuşdu. Daha sonra İcra Hakimiyyəti dövlət büdcəsindən xidməti avtomobil üçün 50-55 min manat vəsait nəzərdə tutulduğunu və "Mercedes S350"nin son versiyasını deyil, işlənmişini almağı planladıqlarını açıqlamışdı. Cəmi bir gün sonra isə, İcra Hakimiyyəti “Mercedes S350” niyyətini "Khazar Peugeot” ilə əvəzləyərək reallaşdırıb...