​İcra başçısının xaricdəki biznes imperiyası haqda YENİ FAKTLAR – Ziyəddin Əliyevin Ukraynadakı zavodundan GÖRÜNTÜLƏR / VİDEO, ŞOK SƏNƏDLƏR

Baxış sayı:
8680

Qubanın icra başçısı Ziyəddin Əliyevin xaricdəki biznesi haqda saytımızda məlumat vermişdik. “İcra başçısı haqda şok faktlar - Xaricdəki milyonları üzə çıxarılıdı; nələri varmış...” sərlövhəli yazıda Z.Əliyevin biznes şəbəkəsi haqda geniş məlumatlar vermiş və sənədləri də dəyərli oxucularımıza təqdim etmişdik. Muxalifet.az xəbər verir ki, tanınmış jurnalist Cavanşir Həsənli özünün Facebook səhifəsində icra başçısının Çexiyada və Avstriyadakı şirkətləri, Ukraynada 10 milyon dollara aldığı zavodla bağlı yeni faktlar açıqlayıb. “Adam yenə işinin başındadır, talamağındadır” – yazan jurnalistin satutusunu olduğu kimi dərc edirik: “Bir müddət əvvəl Qubanın icra başçısı Ziyəddin Əliyevin korrupsiya əməllərini ifşa edən sənədlər təqdim etmişdim. Çexiyada, Avstriyada şirkətlərdən, Ukraynada 10 milyon dollara aldığı zavoddan bəhs etmişdim. Adam yenə işinin başındadır, talamağındadır. Olsun, biz də onu ifşa etməkdə davam edək. Təqdim etdiyim bu videoda təkcə icra başçısının zavodunu yox, elə zavodun həyətində harın-harın gəzən özünü də görəcəksiniz. Görəcəksiniz ki, büdcədən oğurladıqları milyonları xaricə çıxaran Ziyəddin müəllim özünü ukraynalılara necə biznesmen kimi sırıyır”. Muxalifet.az Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.