​İcra başçısının "sağ əli" 280 min manat rüşvət alarkən tutulub? –ADİL VƏLİYEV HAQQINDA ŞOK İDDİA

Və yaxud Zakir Fərəcovla Əli Həsənov arasındakı toqquşmanın səbəbləri...

Baxış sayı:
15745

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, 08-14 oktyabr 2018-ci ildə elektron mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 1-ci yeri “Adil Vəliyevin "sağ əli" rüşvətlə tutulub: Sabunçu İH-in Həbib adlı əməkdaşının evindən 280 min manat çıxdığı deyilir”, “Daha bir icra başçısının tikinti üzrə "əsas adamı" həbs olunub? - Yeni xəbər yayıldı” başlıqlı 2 məqalənin 5 elektron KİV-də yayılması ilə Sabunçu rayon İcra Hakmiyyətinin başçısı Adil Vəliyev tutur.

Hesabat dövründə mətbuatda adı ən çox hallanan icra başçıları arasında 2-ci  yeri “Sumqayıt təhsilini uçruma aparan yol - ARAŞDIRMA”, “Zakir Fərəcovdan Əli Həsənova yeni həmlə: iki məmurun Sumqayıt toqquşmasında gizlinlər…”, “Əhalini təhqir edən icra başçısına ETİRAZ - “Sumqayıtda narazılıq artır”” başlıqlı 3 məqalənin 4 elektron KİV-də yayılması ilə Sumqayıt şəhər İcra Hakmiyyətinin başçısı Zakir Fərəcov tutur.

Nəhayət, elektron mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 3-cü yeri isə “Taleh Qaraşova “ar olsun” deyildi: şəhidin yasına pul vermədi, ananı tək qoydu - Rəzalət!!!” başlıqlı məqalənin 2 elektron KİV-də yayılması ilə Lənkəran şəhər İcra Hakmiyyətinin başçısı Taleh Qaraşov tutur.

Muxalifet.az