İcra başçısının qardaşına Türkiyədə bir neçə milyon “atıblar” - NAZİM FƏRƏCOV MİLYONLAR XƏRCLƏYİB RESTORAN VƏ MƏNZİL ALDI, AMMA... / Ərdoğana şikayət məktubu

Baxış sayı:
6451

Sumqayıtın icra başçısı Zakir Fərəcovun qardaşı, keçmiş deputat Nazim Fərəcova  Türkiyədə külli miqdarda pul atıblar.

Muxalifet.az xəbər verir ki, bu haqda tanınmış jurnalist Cavanşir Həsənli özünün Facebook səhifəsində status və sənədlər paylaşıb. Onun yazısını olduğu kimi dərc edirik:
“Sumqayıtın icra başçısı Zakir Fərəcovun qardaşı, keçmiş deputatlardan olan (2010-2015) Nazim Fərəcovu, türklər demiş, əməlli-başlı kazıklayıblar, yəni aldadıblar.
Sabiq deputatı Türkiyədə elə "yandırıblar" ki, tüstüsü gedib Ərdoğana çatıb.
Deməli, bu cənabın bir məktubu rastıma çıxıb. Şikayət məktubudur. Türkiyənin cumhurbaşqanına ünvanlayıb. Başına gələnləri nəql eləyib, necə dolandırıldığını xırdalayıb, Ərdoğandan kömək istəyib.
Məktubdan mlum olur ki, icra başçısının qardaşı, yəni keçmiş deputatımız 2012-ci ildə Türkiyədə Kuşadasında yerli əmlak şirkətlərindən birinin vasitəçiliyi ilə dəyəri bir neçə milyon lirə olan restoran və mənzil alıb. Orada əlavə xərc çəkib Mert Mungan adlı şəxsin inşaat şirkətinə təmir və yeni dizayn işləri gördürüb. Restoranın qarşısında NORF RESTAURANT & BAR (mənası Nazim oğlu Ruslan Fərəcov) yazılı iri reklam lövhəsi asdırıb. 10-12 nəfər personal işə götürüb. Restoran fəaliyyətə başlayıb. Amma...
Az sonra qıraqdan restoranın əsl sahibi ortaya çıxıb. Çək-çevirdən, məhkəmə başvurularından sonra sonra o zaman hələ deputat mandatı daşıyan Nazim Fərəcova aydın olur ki, əmlak şirkəti tərəfindən aldadılıb, restoranı və mənzili bunlara saxta sənədlərlə satıb.
Nazim Fərəcov Ərdoğana məktubunda yazır ki, əmlak şirkətinin sahibi və qardaşı dolandırıcılıq edərək onun mülkünə əl qoymaq üçün qeyri-qanuni yollara da əl atıb. Keçmiş deputat iddia edir ki, həmin şəxslər vəkillərlə və icra məmurları ilə anlaşaraq onun satın aldığı restoran və evi satışa çıxarıblar.
Nazim Fərəcov Ərdoğanı inandırmağa çalışıb ki, onu aldadanlar Fətullah örgütü (təşkilatı) ilə bağlıdırlar və bu səbəbdən özləri Avropaya qaçıblar. Məktubun sonunda Nazim Fərəcov aldığı əmlakların geri qaytarılmasını Ərdoğandan xahiş edib.
Qeyd edim ki, məktub 2017-ci ilin dekabrın 7-də yazılıb. Bu günə qədər isə əmlak mübahisəsi davam edir. Nazim Fərəcov deputat olmamışdan əvvəl Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin rəhbəri vəzifəsində çalışıb. Oğlu Ruslan Fərəcov Türkiyədə bizneslə məşğuldur və Norf ticarət markası ilə sərinləşdirici içkilər istehsalı ilə məşğuldur. Bundan başqa sabiq deputatın oğlunun Kuşadasında "Norf" adı altında "Bistro" kafesi, sushi və balıq restoranı var.
Aşağıda Nazim Fərəcovun Ərdoğana məktubunun tam mətnini təqdim edirəm:

Türkiye Cumhuriyyetinin Cumhurbaşganı Sayın Receb Tayyib Erdoğana
 
Azerbeycan Cumhuriyyeti Vatandaşı 2010-2015 yılları Azerbeycan Parlamentinin millet vekili Farajov Nazım tarafaından
Saygıdeyer Cumhurbaşganım.
Sizin deyerli vaktinizi alıb sizi rahatsız etdiyim için önceden sizden özür dilerim.
Sayın Cümhurbaşganım.
Ben Ve ailem Türk devleti ile şahsen sizinle kurur duyuyoruz.
Siz Türkiye Devletinin dunyada söz sahibi ve başarıya sahib olmasında çok emek vermışsiniz.
Bunun için Türkiye Devletine güvenerek bir çok Azerbeycan vatandaşları Türkiyeye yatırım yapır ve biznes kururlar.
Benım oğlum Ruslan Farajov da 2012 yılında Kuşadasında Restoran ve Daire almışdır.
Daha sonra restoranı tamir etdirmiş kiraya vermişdir.
Restoranda Türkiye vatadaşları 10-12 kişi çalışmaya başlamışdır.
Bu emlakları Kuşadasında Emlak şirketi aracılığı ile almışdık.
Daha sonra Emlak şirketi sahibi ve kardeşi dolandırıcılık ederek bizim mülkümüze sahib çıkmak için yaşal olmayan yollara el atmaya başlamışlar.
Sahte senet ve içra memurları ve avukatlarla anlaşarak bizim emlakları satışa çıkarmışlar.
Daha sonra Emlak şirketi sahibi ve kardeşı Türkiyeden kaçarak avrupaya yerleşmiş vekalet üzerinden avukatları ile beraber bir çok insanı aldatarak oradan işlerini yürütmeye başlamışlar.
Bizde olan bilgilere göre kaçma nedenleri Fetullahçı örgutu ile bağlantıları olduğu için kaçmışlar.
Bu işlerle bağlı defalarca Kuşadasında Baş savcı ile görüşdüm.Baş savcı da tasdikledi ki bu adamalrın 20 den fazla dolandırıcılık dosyaları mevcutdur.
Bana her zaman söz veririyordu ki bu işleri cözücez.Bir cok insan Savcılar ve avukatlar bu işin sahte olduğunu biliyor amma kimse yardımcı olmak istemiyor.
Hatda bu işlerle ilgilenen Savcılardan bir kaçı Feto örgüt üyesi olduğu için işden azad edilmişdir.
Karşı tarafında avukatlarından biri Feto örgüt üyesi olduğu için tutuklanmış ve daha sonra serbest burakılmışdır.
Saygıdeyer Cumhurbaşganım.
Her kese bellidir ki Türkiye Devleti Hükük devletidir.
Biz Azerbeycan vatandaşı olmakla beraber her zaman kendimizi Türkiye vatandaşı olarakda bununla kurur duyuyoruz.
Türkiye Devletine ve Şahsen size güvenerek kendimizi her zaman güvende hiss ediyoruz.
Sayın Cümhurbaşganım.
Sizin her zaman hakkı ve edaleti koruduğunuzu her kes biliyor.
Bizim hakk işimizde sizin yardımınıza ihtiyaçımız var.
Sanırım kısa bir zamanda biz emlaklarımızı geri alır ve dolandırıcılardan kurtuluruk.
Sygılarımla.
Nazım Farajov

Azerbeycan 2010-2015 millet vekili.
Azerbeycan Sumgayıt şeheri 30 mahalle
Ev 6/4 daire 27”.



Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.