İcra başçısının prezidenti aldatması haqda SENSASİON İDDİALAR - Şahin Məmmədovun "pambıq yalanları"

Və yaxud Daşkəsən icra başçısının qazini aldadaraq 20 min manatını aldığı haqda iddialar…

Baxış sayı:
1222

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, 04-11 noyabr 2018-ci il tarixində mətbuatda adı ən çox hallanan icra başçıları arasında 1-ci yeri “İcra başçısının prezidentə danışdığı nağıl: Kombaynla “səhv salınan” pambıqçı aya 3000 manat qazanır?”, “Ağ pambıq içində prezidentə qırmızı yalanı danışan icra başçısı... - Gör bir... elm aləmi nə deyir?..”, “Ağcabədi başçısının pambıqçılarla dialoqda yalanı faş oldu - Absurd rəqəmlər…”, “Şahin Məmmədovun "pambıqçıları"... - Başçının "pambıq yalanları"…” başlıqlı 4 məqalənin 11 elektron KİV-də yayılması ilə Ağcabədi rayon İcra Hakmiyyətinin başçısı Şahin Məmmədov tutur.

Hesabat dövründə mətbuatda adı ən çox hallanan icra hakimiyyətin başçıları arasında 2-ci  yeri “Daha bir icra başçısı keçmiş həmkarının kadrını işdən çıxardı”, “Beyləqanın icra başçısı kadr problemi ilə üzləşib”, “Beyləqanda “konsert” başlayır- korrupsioner Balakişiyevin solo ifası”, “Beyləqanın yeni başçısı "GÜL VURDU"... - Şamaxı təranələri” başlıqlı 4 məqalənin 7 elektron KİV-də yayılması ilə Beyləqan rayon İcra Hakmiyyətinin başçısı Asif Ağayev tutur.

Nəhayət, elektron KİV-lərdə adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 3-cü yeri isə “Qazini dələduz adlandıran Əhəd Abıyevin milyonluq villalarının fotoları”, “Daşkəsən icra başçısı tərəfindən aldadılaraq 20 min manatı alınan qazi danışdı - FOTO/VİDEO” başlıqlı 2 məqalənin 6 elektron KİV-də yayılması ilə Daşkəsən rayon İcra Hakmiyyətinin başçısı Əhəd Abıyev tutur.
 
Muxalifet.az