İcra başçısının özünə 250 minlik avtomobil alması xəbərinə - RƏSMİ CAVAB

Baxış sayı:
7372

Bu gün mediada Qazax rayonunun icra hakimiyyətinin başçısı Rəcəb Babaşovun özünə 250 min manat dəyərində olan "Range Rover" avtomobili alması haqqında xəbər yayılıb. İcra başçısının aldığı məvaciblə belə bir avtomobilə necə sahib olması sualı ətrafında polemika açan sosial şəbəkə istifadəçiləri isə icra başçısının əyri yollarla belə bir bahalı "oyuncaq" əldə etdiyinə eyham vururlar. Muxalfet.az xəbər verir ki, Moderator.az-ın əməkdaşı yayılmış xəbərlərə aydınlıq gətirilməsi üçün Qazax rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən bildiriblər ki, yayılan xəbər həqiqəti əks etdirmir və bu, Rəcəb Babaşovun rayonda gördüyü geniş miqyaslı abadlıq-quruculuq işlərinə kölgə salmaq niyyəti güdən bədxahların sifarişidir. Bildirildi ki, ölkə başçısının regiona səfəri öncəsi belə bir dezinformasiyanın tirajlanması və mediaya ötürülməsi təsadüf deyil və könül bulandırmağa hesablanıb. İcra hakimiyyətindən bildirildi ki, Rəcəb Babaşovun sərəncamında olan minik vasitəsi dövlət tərəfindən verilən xidməti avtomobildir və onun da buraxılış ili heç də yeni deyil.