“İcra başçısının özbaşınalığı bizi cana yığıb, özümüzü öldürmə həddindəyik” – GÖYÇAYDAN PREZİDENTƏ ŞOK MÜRACİƏT

Baxış sayı:
952

Göyçay rayonu Həbibi küçəsi ev 50 sakini Azadov Seymur Əlibala oğlu tərəfindən Muxalifet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Müəllif Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadədən şikayət edir:
“Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə yeganə qazanc yerimiz  olan avtomobillərin təmiri sexini qanunsuz olaraq dağıtdırıb, 9 nəfərlik ailəmizi aclığa məhkum etmişdi.
Göyçay rayonunun Çayarxı kəndi ərazisində 23 ildir ki, avtomobillərin təmiri sexində mühərrik ustası kimi fəaliyyət göstərirdim. Artıq tanınmış sənətkar kimi çoxlu sayda müştərilərim var idi. Vaxtlı-vaxtında vergimi ödəyib, ailəmi dolandırıdım.
17 fevral 2017-ci il tarixdə Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin göstərişi ilə avtomobillərin təmiri seximiz qanunsuz olaraq dağıdıldı. Onunla əsaslandırdılar ki, rayonun görnüşünə uyğn gəlmir, buna görə yeni dekor formada inşa edilməlidir. Biz razı olduq, ancaq Mehdi Səlimzadə razı olmadı. Bizdən əlavə olaraq küllü miqdarda pul tələb olundu. Biz isə bildirdik ki, maddi imkanımız yoxdur, yeni təmir sexi inşa etdirmək üçün qohumlardan borc və ya bankdan kredit götürəcəyik.
Belədə oldu, “bu gün”, “sabah” deyə-deyə yeni sexi həmin yerdə inşa etdirməyə Mehdi Səlimzadə icazə vermədi. Bizə həmin ərazidən 30 klometr aralıda yer təklif olundu. Bu isə işimizə qətiyyən yaramır. Sonradan bizə bildirildi ki, Mehdi Səlimzadə bizim yerimizi başqa bir imkanlı şəxsə küllü miqdarda pula satmaq istəyir, ona görə bizi süründürməçiliyə məruz qoyub. Mən bu özbaşınalıq barədə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və digər aidiyyatı orqanlara çoxlu sayda ərizələrlə müraciətlər etmişəm. Həmin şikayət ərizələrim icra olunması üçün Mehdi Səlimzadənin  özünə qaytarılmışdər.  O isə bizə rədd cavabları verir.
Nəhayət, Mehdi Səlimzadə öz maklerləri vasitəsilə bizə xəbər göndərdi ki, "həmin yerin qiyməti 15 000 manatdır, alırsa, buyursun, ala bilmirsə təklif olunan 30 km aralıda yerləşən ərazidə təmir sexini inşa etdirsin. Hara şikayət etsəniz icra olunması bizə həvalə olunacaq, özünüzü yormayın".
Himayəmdə böyüyünün 13, kiçiyinin isə 5 yaşı olmaqla 4 azyaşlı övladım var. Həyat yoldaşım işləmir. Atam 1-ci, anam isə 2-ci qrup əlildir. Qardaşım subay və işsizdir. 9 nəfəlik ailənin yeganə qazanc yeri həmin təmir sexindən əldə olunan gəlir idi. İndi 9 nəfərlik ailə valideyinlərin əlilliyə görə aldığı cüzi təqaüdün ümüdinə qalıb. Daha doğrusu, aclıq, səfalət içində yaşamağa məhkum edilmişik. Mehdi Səlimzadənin korrupsiya əməlləri, özbaşınalığı bizi cana yığıb, özümüzü öldürmə həddindəyik.
Mehdi Səlimzadənin torpaq alveri camaatı boğaza yığıb, insanlara əziyyət verir. Sanki bu adamı bura icra başçsı yox, torpaq alverçisi təyin ediblər.
Mən mətbuat vasitəsi ilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb, çox-çox xahiş edirəm, 9 nəfəlik ailənin dolanışıq yeri olan təmir sexini qanunsuz dağıtdırıb, aclıq içində yaşamağa məhkum edən icra başçısı (daha doğrusu torpaq alverçisi) Mehdi Səlimzadənin özbaşınalığının qarşısı alıb, onun barəsində ciddi tədbirlər görəsiniz. Xahiş edirəm halal yerimizin özümüzə verilməsinə köməklik edəsiniz”.

Muxalifet.az

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.