​İcra başçısının nümayəndəsinə CİNAYƏT İŞİ AÇILDI – Göygöldə

Baxış sayı:
8974

Göygöl Rayon İcra Hakimiyyəti başçısının Çaykənd üzrə nümayəndəsi Eşqin Ocaqverdiyev barəsində cinayət işi başlanıb.
Teleqraf.com xəbər verir ki, Eşqin Ocaqverdiyev şə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi ilə əlaqədar fiziki şəxslərə ziyan vurmaqda ittiham edilib.
Istintaq orqanı tərəfindən Eşqin Ocaqverdiyevin barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma), maddələri ilə ittiham elan edilib.
İş üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq şöbəsində istintaq hərəkətləri davam edir.