İCRA BAŞÇISININ GÖSTƏRİŞİ İLƏ GÖYÇAY SAKİNİNİN TORPAĞI ƏLƏ KEÇİRİLİB – “Çoxlu sayda ağac əkmişdim, onları da məhv etdilər”/ ŞİKAYƏT

Baxış sayı:
1573

Göyçay rayonu, Mallışıxlı kənd sakini, Yeni Azərbaycan Partiyasının üzvü Manafov Şirxan Mircəfər oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. İcra başçısı Mehdi Səlimzadədən Prezident İlham Əliyevə şikayət edən Ş.Manafovun məktubunu olduğu kimi dərc edirik:
“Göyçay rayonunun icra başçısı Mehdi Səlimzadə bizim ailəyə qarşı qanunsuzluq və haqsızlıq edib. Belə ki, vəzifə səlahiyyətlərindən sui-istifadə edib qanunsuzluq edən Mehdi Səlimzadə mənə məxsus olan 2,06 hektar torpaq sahəmi qanunsuz olaraq başqa şəxsə uzunmüddətli icarəyə verdirib. Bunu isə icra başçısı Mehdi Səlimzadə Mallışıxlı bələdiyyəsinin sədri Eldar Məhərrəmova  etdirmişdir.
Qeyd edim ki, Mallışıxlı kəndi əraziində mənə məxsus torpaq sahəmi “AzNar” şirkətinə verdim, onlar isə əvəzində mənə Həşimov Biniyət Sərxan oğluna məxsus 2, 06 hektar torpaq sahəsini veriblər. Daha doğrusu, razılşama əsasında torpaqlarımızı dəyişmişik. Çünki mənə məxsus torpaq “AzNar” şirkətinə məxsus torpaqların yanında idi, onların verdiyi torpaq sahəsi isə yaşadığım evin yaxınlığında yerləşir.
Qeyd edim ki, həmin 2.06 ha torpaq sahəsini bələdiyyə yaranmamışdan əvvəl Dövlət Torpaq və Xəritəçəmə Komitəsinin Göyçay rayon Şöbəsi tərəfindən Göyçay rayonu Mallışıxlı kənd sakini Həşimov Binyət Sərxan oğluna qanunu sənədlərlə  verilmişdi.
Buna baxmayaraq icra başçısından sifariş alan Mallışıxlı bələdiyyəsinin sədri Eldar Məhərrəmov vəzifə səlahiyyətlərindən sui-istifadə edib, saxta sənədlərlə, qanunsuz hərrac vasitəsi ilə mənə məxsus torpaq sahəsini Niyaz adlı Göyçay şəhər sakininə icarəyə vermişdir. Hansı ki, həmin torpağın əkinə tam yararlı olması üçün pul xərcləmişəm, 5 ildir ki, əkib becərirəm, ətrafına 300 dən çox meyvə ağacları əkmişəm. Həmçinin baramaçılığın inkişaf etdirilməsi üçün çoxlu sayda tut ağacları əkmişdim ki, onları da məhv etdilər.
Əgər həmin sözügedən 2.06 hektar torpaq sahəsi Mallışıxlı bələdiyyəsinə məxsus idisə, nə üçün indiyə qədər məndən icarə müqaviləsi bağlamaq və icarə pul tələb olunmayıb?
Mallışıxlı bələdiyyəsinin sədri Eldar Məhərrəmov 10 saylı Əmlak İdarəsinin rəisi Nizami Qasimovla əlbir olaraq, şəxsi mülkiyyətdə olan torpaq sahəsini saxta sənədlərlə bələdiyyə mülkiyyətinə keçirib, başqa şəxsə icarəyə vermişdilər. Bu cinayət əməlidir ki, təsdiq edən konkret və mötəbər subutlar var.
Həttda həmin torpaq bələdiyyə mülkiyyəti olsa belə, ilk olaraq icarə üçün mənə təklif olunmalı idi. Çünki həmin torpaq sahəsinin əkinə yararlı olması üçün bankdan kredit götürüb pul xərcləmişəm. Həmin torpağın ətrafına ağaclar əkmişəm, 1500 metr su bərəsi çəkdirmişəm.
Bu barədə Göyçay rayon icra başçısı Mehdi Səlimzadəyə şikayət etdikdə mənə verdiyi cavabdan tam məlum oldu ki, mənə məxsus şəxsi mülkiyyətdə olan 2.06 ha torpaq sahəsini Niyaz adlı Göyçay şəhəri sakininə onun tapşırığı ilə veriblər.
Mən Mallışıxlı kənd sakiniyəm orada ailəmlə birlikdə yaşayırıam. Altı nəfərlik ailəmin dolanışıq yeri həmin torpaq sahəsidir. Ailəm həmin torpaqda əkinçiliklə məşğul olub birtəhər dolanırdıq. İndi isə vəzifəli şəxslərin saxtakarlığı, cinayət əməli nəticəsində şəxsi mülkiyyətdə olan 2.06 ha torpaq sahəsi qanunsuz olaraq şəhər sakininə icarəyə verilib. Hətta torpaq sahəsinin ətrafına əkdiyim 300 dən çox ağacı traktor vasitəsi ilə məhv ediblər.
Mənim ailəmə qarşı edilən bu haqsızlığa baxmayaraq ümüdümüzü üzməmişik, ona görə ki, Azərbaycan Respublikasının İlham Əliyev kimi ədalətli və qayğıkeş prezidenti var. İnanıram cənab Prezidentin tapşırığı əsasında komissiya yaradılacaq və bu şikayət ərizəm yerində mənim iştirakımla sənədlərlə obyektiv araşdırlacaq, cinayət törədib şəxsi mülkiyyətdə olan torpağı ələ keçirmiş vəzifəli şəxslərin barəsidnə ciddi tədbirlər görüləcək.
Hörmətli Prezident!
Sizdən xahiş edirəm ki, komissiya yaradılıb sənədlərlə obyektiv araşdırma aparılmasına və qanunsuzluq etmiş vəzifəli şəxslər barəsdinə ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz”.


Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.