İcra başçısının adı şok korrupsiya qalmaqalında hallanır – VAQİF ABDULLAYEV DƏ “GEDİR”?

“Taleh Qaraşov oğlunu cinayətdən qurtarana vəzifə verdi: Prezidentin qarşısına çıxaracaq”

Baxış sayı:
6358

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləlkilə, 04-10 sentyabr 2018-ci ildə mətbuatda adı ən çox hallanan icra başçıları arasında 1-ci yeri “İki icra başçısı gedir... - ADLAR ”, “Beyləqan Meri korrupsiya əməllərinə icra başçısını da ortaq edib”, “Beyləqan təhsilində olaylar: Nazir köməkçisi Beyləqanda təhsil bazarı açıb... - İTTİHAM” başlıqlı 3 məqalənin 12 elektron KİV-də yayılması ilə Beyləqan rayon İcra Hakmiyyətinin başçısı Vaqif Abdullayev tutur.

Hesabat dövründə mətbuatda adı ən çox hallanan İcra Hakimiyyəti başçıları arasında 2-ci yeri “Lənkəran Olimpiya Kompleksinə müəmmalı təyinat - İTTİHAM”, “TALEH QARAŞOVUN RAMİN RƏHİMOVA VƏFA BORCU: ORTADA LƏNKƏRAN İDMAN KOMPLEKSİ - ETİRAZ”, “İcra Hakimiyyəti Lənkəran Olimpiya İdman Kompleksinə rəhbər təyinatı ilə bağlı məsələyə münasibət bildirib”, “Taleh Qaraşov oğlunu cinayətdən qurtarana vəzifə verdi: Prezidentin qarşısına çıxaracaq” başlıqlı 4 məqalənin 5 elektron KİV-də yayılması ilə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tutur.

Nəhayət, elektron mətbuatda adı ən çox hallanan icra başçıları arasında 3-cü yeri isə “Keçmiş nazirin qohumu hədəfdə - İDDİA”, “Kimsəsiz icra başçısı çətin durumda - daha Səlim Müslümov da kömək etmir” başlıqlı 2 məqalənin 4 elektron KİV-də yayılması ilə Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev tutur.

Muxalifet.az