​İCRA BAŞÇISININ 1 MİLYONLUQ OBYEKTİ... – Sabiq nazirin dayısı haqda ŞOK FAKTLAR

Gəncənin icra başçısı Elmar Vəliyevlə Nizaminin başçısı Arif Qasımov heç də Ənvər Seyidəliyevdən geri qalmırlar...

Baxış sayı:
12736

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız. Beləliklə, ötən həftə - 26.06-02.07.2018-ci il tarixində mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 1-ci yeri “İcra başçısının oğlu 1 milyon manata OBYEKT ALDI - FOTO”, “Ağsunun icra başçısının oğlu milyonluq obyekti necə aldı…”, “İcra başçısının oğlu 1 milyon manata obyekt aldı - Sabiq nazirin dayısı oğlu biznesini böyüdür + FOTO” başlıqlı 3 məqalənin 14 saytda yayılması ilə Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev tutur. Hesabat dövründə mətbuatda adı ən çox hallanan icra başçıları arasında 2-ci yeri “Elmar Vəliyev Bakı meri postuna israrlıdır - İDDİA”, “Qətlə yetirilən iş adamının yoldaşı: İcra Başçısı Elmar Vəliyev məni aldatdı…”, “Samir Şərifovun Elmar Vəliyevə biət edən maliyyə rəisi kimdir? - İddialar…” başlıqlı 3 məqalənin 9 elektron KİV-də yayılması ilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tutur. Nəhayət mətbuatda adı ən çox hallanan icra hakimiyyəti rəhbərləri arasında 3-cü yeri isə “Bakıda xəbərdarlıq edilən icra başçıları…?! – Siyahı”, “Nizami rayonuna 2 ildir rəhbərlik edən Arif Qasımovu tanıyırsınızmı?”, “Nizami Rayon İcra başçısı Arif Qasımovdan prezidentə şikayət - Cavabsız qalan SORĞU”, “Bakıda cərimə meydançasında maşınlar yanır-İcra başçısı gəldi (FOTLAR)”, “Durumu gərgin olan Arif Qasımov çıxış yolu axtarır - yaxın iki həftə ərzində…” başlıqlı 5 məqalənin 6 elektron KİV-də yayılması ilə Nizami rayon icra başçısı Arif Qasımov tutur. Muxalifet.az