İcra başçısından şəhidimizlə bağlı göstəriş

Baxış sayı:
8608

Xaçmazın yeni icra başçısı Elnur Rzayev şəhid Babək Aslanovla bağlı göstəriş verib. 
Yenisabah.az-a daxil olan məlumata görə, göstərişə əsasən şəhidimizlə bağlı keçiriləcək bütün mərasimlərin maliyyə tərəfi icra hakimiyyəti tərəfindən həll ediləcək. Məlumatda bildirilir ki, icra başçısı bu işi şəxsi nəzarətində saxlayır.
Yeri gəlmişkən, Elnur Rzayev Babək Aslanovun dəfn mərasiminə də qatılmışdı. 
Dövlət Sərhəd Xidmətinin əsgəri Babək Aslanov noyabrın 6-da gecə saatlarında cəbhə bölgəsinin Qazax istiqamətində şəhid olub.