İcra başçısından kürd şöbə müdirinin açıqlamalarına reaksiya:"Barəsində ölçü götürüləcək”

Ərazisi işğal olunmuş Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyevin sosial şəbəkələrdə İraq Kürdüstanında keçirilən müstəqillik referendumunu dəstəkləyən status və fotolar paylaşması, rəsmən kürdlərin lideri Məsud Bərzaninin tərəfini saxlaması ictimiayyət tərəfindən böyük narazılıqla qarşılanıb.
Rəsmi qurumda çalışan məmurun separatçı rejimə dəstək verən paylaşımları bir anda bütün izləyicilər tərəfindən tənqidlərə məruz qalıb.
Muxalifet.az xəbər verir ki, məsələ ilə bağlı Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Modern.az-a açıqlamasında şöbə müdiri Fizuli Tanrıverdiyevlə ölçü götürüləcəyini bildirib: "Məsələ diqqətimizdədir. Lazımi ölçü götürüləcək”.
Qeyd edək ki, Fizuli Tanirverdiyev özünün Facebook səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini bildirib, Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşıb, müxtəlif statuslar yazıb.
Məsələnin ictimailəşdiyini görən Fizuli Tanrıverdiyev dərhal paylaşımlarını silib.
Xatırladaq ki, Azərbaycanın yüksək çinli rəsmiləri raq Kürdüstanında keçirilən müstəqillik referendumunu pisləyən açıqlama veriblər.