İcra başçısına zərfdə güllə göndərdilər

Baxış sayı:
4204

İtaliyanın Turin şəhərinin meri Kyara Appendinoya zərfdə güllə göndərilib. O, bu barədə "Facebook" səhifəsində yazıb. Appendino bildirib ki, zərfi açanadək içərisindəkindən xəbəri olmayıb: "Çox yaxşı bilirəm ki, məni qorxutmaq cəhdi heç bir effekt verməyəcək. Bu cür hərəkətlər məni öz vəzifəmi daha da əzmlə yerinə yetirməyə həvəsləndirir".