İcra başçısı xadiməni bağça müdirəsi təyin etdi – RƏCƏB BABAŞOV BU QƏRARI İLƏ GÜNDƏM YARATDI...

Lənkəranın icra başçısı Taleh Qaraşov həftənin ikincisi olub, Göyçayın başçısı Mehdi Səlimzadə isə üçüncü yeri tutub

Baxış sayı:
15607

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız. Beləliklə, ötən həftə - 05-11 mart 2018-ci ildə mətbuatda adı ən çox hallanan icra başçıları arasında 1-ci yeri “İcra başçısı xadiməni bağça müdirəsi təyin etdi” başlıqlı məqalənin 9 saytda yayılması ilə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tutmuşdur. Hesabat dövründə mətbuatda adı ən çox hallanan İcra hakimiyyətin başçıları arasında 2-ci yeri ““Lənkəran su tikinti”də yeyinti: Taleh Qaraşov kimi himayə edir?” adlı məqalənin 5 Elektron KİV-də yayılması ilə Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tutmuşdur. Nəhayət, mətbuatda adı ən çox hallanan İcra hakimiyyətin başçıları arasında 3-ci yeri isə “Göyçayın icra başçısından qanunsuzluq: şagirdlər seçkiyə cəlb edilib” adlı məqalənin 3 elektron KİV-də yayılması ilə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə tutmuşdur. Muxalifet.az