​İcra başçısı və müavini haqda ŞOK FAKTLAR - Milyonlarla yeyinti...

Elmar Vəliyevin daha bir kadrı işdən çıxarılacaq - Göygölün icra başçısı dəyişdirilir

Baxış sayı:
6937

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, 15-21 oktyabr 2018-ci ildə mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 1-ci yeri “İcra başçısı ilə müavini vəzifədən qovula bilər - milyonlarla yeyinti”, ““Sultan Elmara” qalmayan kreslo Vidadi İsayevə qalacaq? –prezidentə qandonduran faktlar…”, “Vidadi İsayevlə bağlı müdhiş şikayət dosyesi Bərdənin icra başçısı qurtulmağın yolların arayır”, “Vidadi İsayev Heydər Əliyevin tikdirdiyi abidəni fermaya göndərib” başlıqlı 4 məqalənin 9 elektron KİV-də yayılması ilə Bərdə rayon İcra Hakmiyyətinin başçısı Vidadi İsayev tutur.

Hesabat dövründə mətbuatda adı ən çox hallanan icra başçıları arasında 2-ci yeri “12 illik hakimiyyəti bitir - Göygölün icra başçısı dəyişdirilir”, “Elmar Vəliyevin daha bir kadrı işdən çıxarılacaq - Göygölün icra başçısı dəyişdirilir”, “Bu icra başçısıda kreslosu ilə vidalaşmalı molacaq - İDDİA”, “İcra başçısının müavini vəfat etdi” başlıqlı 4 məqalənin 6 elektron KİV-də yayılması ilə Göygöl rayon İcra Hakmiyyətinin başçısı Arif Seyidov tutur.

Nəhayət, mətbuatda adı ən çox hallanan icra başçıları arasında 3-cü yeri isə “Əhəd Abıyev əsəbiləşdi: "Onu deyən qələt edir"”, “Əhəd Abıyev hakimiyyətə qarşı? – İcra başçısının pulu kəsilib deyə?”, “Əhəd Abıyevlə bağlı ŞOK İDDİA - İTTİHAM” başlıqlı 3 məqalənin 5 elektron KİV-də yayılması ilə Daşkəsən rayon İcra Hakmiyyətinin başçısı Əhəd Abıyev tutur.

Muxalifet.az