İcra başçısı üçün 3,6 milyona İQAMƏTGAH TİKİLİR - Bu gün müqavilə bağlandı...

Baxış sayı:
3055

Şəki Şəhər Icra Hakimiyyətinə yeni inzibati bina tikintisi üçün müqavilə bağlanıb.

Yeni bina tikintisi büdcəyə 3 milyon 625 min manata başa gəlir.

Bununla bağlı keçirilən tenderdə «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC qalib gəlib və şəhər icra hakimiyyəti bu şirkətlə iyunun 5-də müqavilə bağlayıb.

Bu ilin sonunadək başa çatması gözlənilir./Fed.az