İCRA BAŞÇISI SEÇKİNİ SAXTALAŞDIRDIĞI ÜÇÜN HƏBS OLUNUB? – Sensasion iddia

Baxış sayı:
5554

Kamran Əsədov: “Neftçala rayon icra hakimiyyəti Neftçala ərazisində seçkilərə birbaşa müdaxilə edib”
 
Bu gün Neftçalanın icra başçısı İsmayıl Vəliyevin rüşvət alarkən DTX tərəfindən tutulduğu bildirilsə də, onun 9 fevral növbədənkənar parlament seçkilərinə müdaxiləsi mətbutada xüsusi vurğulanır. Hətta bəzi xəbər saytları yazıb ki, icra başçısının həbs olunmasına səbəb həmin rayon üzrə qalib namizəd seçilmiş Sabir Rüstəmxanlının ona rüşvət təklif edərək seçici cəlb etməsi olub.
“Bizimxeber.az” məsələ ilə bağlı Sabir Rüstəmxanlı ilə saxlayıb. Deputat bildirib ki, bu, yalan məlumatdır.
“Mən seçki müddətində onunla bir-iki dəfə üzr yerində görüşmüşük. Xalq onsuz da mənə səs verib, mən nəyə görə rüşvət verməliyəm? Belə bir xəbəri məni istəməyən adamlar verə bilər”-deyə Sabir Rüstəmxanlı qeyd edib.
Maraqlıdır ki, icra başçısı İsmayıl Vəliyevin seçkiyə müdaxiləsi barədə yayılan məlumatlar nə dərəcədə doğrudur, yoxsa onun seçkilərin nəticələri ilə bağlı araşdırmalar bitmədən həbsi təsadüfidir?

“Konkret icra başçısı və yaxud icra hakimiyyətinin şöbə müdiri Anar Cəfərovun bu prosesə birbaşa müdaxiləsi var idi”
Hurriyyet.org-un sualını cavablandıran 61 Saylı Neftçala Seçki Dairəsindən bitərəf olaraq namizədliyini irəli sürən təhsil eksperti Kamran Əsədov dedi ki, ölkədə heç nə təsadüfi baş vermir: “Hər bir hərəkət və yaxud hərəkətsizliyin müvafiq cavabı olur. Bu dövlət sahibsiz deyil. Təəssüflər olsun ki, mənim də iştirak etdiyim 9 fevral 2020-ci ildə Milli Məclisə növbədənkənar seçkilərdə müəyyən qədər icra hakimiyyətinin rolu, təsiri var idi. Konkret icra başçısı və yaxud icra hakimiyyətinin şöbə müdiri Anar Cəfərovun bu prosesə birbaşa müdaxiləsi var idi. O, namizədlərə bu və ya digər formada təsir göstərirdi. Hətta bəzi namizədlərin namizədliyini geri götürməsinə təzyiqlər də edirdi. Eyni zamanda həmin şəxs seçki günü 17:00-dan etibarən bütün məntəqə sədrlərinə zəng edib nəticələrin dəyişdirilməsi ilə bağlı göstəriş verib. Bununla bağlı biz bilirik ki, məlumatlar var. Rəsmi məlumatlar deyil, amma həmin adamlar bizə bildirdilər ki, bəs, bizə bu barədə göstərişlər verilib. Bəli, seçki marafonu müddətində icra hakimiyyəti orqanları konkret olaraq bir neçə namizədin görüşünə getməyəcəkləri təqdirdə daha çox idarə və təşkilatların əməkdaşlarını məcburi surətdə işdən qovmaq adı ilə təhdid ediblər. Misal üçün Neftçala rayon mərkəzi xəstəxanasının rəhbəri, Neftçala Rayon Təhsil Şöbəsinin müdiri bunu edib, bütün həkimlərə, müəlimlərə deyirmişilər ki, mütləq şəkildə bu görüşlərə gedəcəksiniz. Biz bununla bağlı Mərkəzi Seçki Komissiyasına, dairə seçki komissiyasına məlumat vemişik. Bəyanatlar vermişik ki, kənar müdaxilələr olunub. Xalqın iradəsi seçkidə əks olunmayıb”.
 
“Neftçala rayon icra hakimiyyəti nəticələrin saxtalaşdırılmasına birbaşa xidmət edib”
 

 “Dünən şəxsən dairə seçki komissiyasının rəhbərindən yazılı şəkildə tələbini diqqətə çatdıran K. Əsədov vurğuladı ki, seçkidə gizli istifadə olunmuş seçici imzası var: “Dedim, zəhmət olmasa, sənədləri gətirin, səsləri sayaq. 1 saat 30 dəqiqə onlara yazılı, şifahi müraciət etsəm də, heç kim buna cavab vermədi. Dedilər, yox, verə bilmərik. Dedim, siz həqiqətən də seçkinin obyektiv, şəffaf keçdiyinə inanırsınızsa, zəhmət olmasa, gətirin bərabər sayaq. Mən bilirəm ki, orada seçici imzalarının sayı az, amma protokolda daha çox sayda adam qeyd olunub. Bəli, Neftçala rayon icra hakimiyyəti Neftçala ərazisində 9 fevralda keçirilən seçkilərə birbaşa müdaxilə edib, nəticələrin saxtalaşdırılmasına birbaşa xidmət ediblər”.
 
“Mən demirəm ki, Sabir Rüstəmxanlı rüşvət verib və ya yaxud ona kömək olunub...”

 
Sabir Rüstəmxanılının adamlarının ona qarşı şər, böhtan, qarayaxma kampaniyası apardığını qeyd edən K. Əsədov sual etdi ki, bunu Sabir Rüstəmxanlı edibmi: “Xeyr. Mən demirəm ki, bu, Sabir Rüstəmxanlıya qarşı olub. Ümumiyyətlə, orada seçki prosesinə müdaxilə olunub. Yenə də deyirəm, həqiqi nəticələr orada deyil. Orada bir namizədin bülleteni başqasının adına yazılıb. Biz nə istəyirik?  Səslərin hesablanması zamanı gəlin, sənədləri ortaya qoyaq. Mən Sabir Rüstəmxanlının qələbəsini kölgə altına almaq istəmirəm, demirəm ki, Sabir Rüstəmxanlı rüşvət verib və ya yaxud ona kömək olunub. Biz sadəcə olaraq səs sayımının təkrar həyata keçirilməsini istəyirik”.
 
Şamo EMİN,
Hurriyyet.org