“İcra başçısı qaçqınlar üçün tikilən evi 20 min manata satır” – ŞƏHİD BACISI PREZİDENTƏ ŞİKAYƏT ETDİ

Laçın rayon Vağazin kənd sakini, şəhid bacısı Hümbətova Bilqeyis Süleyman qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub.
Şikayətçi saytımız vasitəsilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edir:
“Hörmətli Prezidentimiz! Sizə bundan öncəki müraciətlərimdə Laçın rayon icra başçısı Aqil Nəzərlinin rayonda yaratdığı özbaşınalıq və anarxiya haqqında məlumatı qeyd etmişdim.
Aqil Nəzərli 552 saylı qəsəbədə özü üçün “ev biznesi” qurmuşdur. Hal-hazırda Azərbaycanın gələcək əsgərləri və mənim nəvələrim çöldə qaldığı halda, A.Nəzərlinin göstərişi ilə 552 saylı qəsəbədə 517 nömrəli xidməti evi satılmışdır. Onu da bildirirəm ki, maliyyənin keçmiş müdiri İsayev Ramizə verilmiş xidməti ev sonradan maliyyənin müdiri Ramizin yaxın qohumu Məmmədova Gülsaba Tapdıq qızının adına keçirilmişdir. Səbəb də ondan ibarətdir ki, guya Ramiz müəllim evdən imtina edib, bu səbəbdən də ev Məmmədova Gülsaba Tapdıq qızının adına keçirilmişdir. Əslində:
1. Hal-hazırda qəsəbədə ki, 517 nömrəli ev 11 000 min manata adını bilmədiyim Laçın rayon Qarakeşdi kənd sakininə satılmışdır.
2. Aqil Nəzərlinin qohumu Abbasov Aydına verilmiş 48 nömrəli xidməti ev A.Abbasov dünyasını dəyişdikdən sonra 7000 min manata Laçın rayon Şeylanlı kənd sakininə satmışdırlar.
3. Laçın rayon Yaşıllaşdırmanın keçmiş müdiri Əliyev Vahidə verilmiş 143 nömrəli xidməti ev 20000 min manata Laçın rayonunun digər bir vətəndaşa satılıb.
4. Ən böyük biabırçılıq odur ki, İcra başçısı Aqil Nəzərli Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehirban Əliyeva açılışını etdiyi ev yəni keçmiş Su İdarəsinin müdiri Cənnət Əliyevə verilmiş evi adını bilmədiyim Laçın rayon Qarakeçdi kənd sakininə 20000 min manata satmışdır.

Qəsəbədə evlərin satılması bu cür məzənnələr arasında dəyişir. Yoxlama aparsanız, görərsiniz ki, bu cür hallar çoxdur.
Hörmətli Prezidentimiz! Aqil Nəzərlinin şəxsi marağı nədir ki, bir ev 2- 3 adamın adına keçirilir?
Rayonda olan özbaşınalıqlara subut olaraq onu da bildirirəm ki, Aqil Nəzərlinin kiçik qardaşı Müqabil Nəzərli 552 saylı qəsəbənin Tam Orta Məktəbində Psixoloq işləməsinə baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında qeyri-qanuni oxuyur. Halbuki, bu akademiyada oxumaq üçün dövlət qulluğunda işləmək lazımdır. Aqil Nəzərli vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qardaşını və ona yaxun olan dövlət qulluğunda işləməyən digər şəxisləri akademiyada qeyri-qanuni oxutdurur”.
Müəllif bildirir ki, Laçın rayonun icra başçısı Aqil Nəzərlidən Prezident Administrasiyasına edilən müraciətlərin cavabsız qaldığını görüb, övladı Hümbətov Cənnət problemini bilavasitə yuxarı orqana çatdırmaq üçün Prezident Administrasiyasına gedib: “Administrasiyada Ağəli Əhmədov açıq-aşkar oğlum Hümbətov Cənnəti təhdid edərək, “Aqil Nəzərli nə edirsə, düz edir” –deyib!
Vətənini itirmiş, məcburi köçkün həyatı yaşayan və Azərbaycan torpaqları uğurunda gedən döyüşlərdə qardaşını şəhid vermiş bir bacının övladlarına bu cür zülm etmək hansı qanunvericiliyə və insanlığa sığır?! Mənim gəlnim və nəvələrim adı çəkilən qəsəbədə yaşayan qohumlarımın evlərində gecələyirlər. Və övladım Hümbətov Cənnət ikinci dəfə Ağcabədi rayonu və Taxta-Körpü ərazisindən didərgin düşüb. Hal-hazırda Bakı şəhərində qohumlarımızın evində sığnacaq tapıb. Aqil Nəzərlinin “sayəsində” rayon polis şöbəsinin təzyiqləri nəticəsində Ağcabədi rayonu Taxta-Körpü ərazisinə gedə bilmir.
Hörmətli Prezidentimiz, ŞƏHİD bacısı olaraq şəxsən məni qəbul etməyinizi xahiş edirəm. Aşağıdakı kadırlardan göründüyü kimi Siz hər zaman öz ad gününüzü xalqımızla birlikdə qeyd edirsiniz, ancaq Laçın rayon İHB-sı Aqil Nəzərli ŞƏHİD bacısını (məni) qəbul zamanı iş otağında açıq-aşkar, hörmətsizcəsinə tək qoyaraq iş otağını tərk etmişdir”.

Muxalifet.az
Redaksiydan: Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.