İcra başçısı polis rəis ilə birləşib, vətəndaşı döydü... – VAQİF ABDULLAYEV MEDİANIN GÜNDƏMİNDƏ

Ötən həftə Ramiz Yediyarov ikinci, Abdin Fərzəliyev və Adil Vəliyev isə üçüncü yeri bölüşüb

Baxış sayı:
9211

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız. Beləliklə, ötən həftə - 09-15 aprel 2018-ci ildə mətbuatda adı ən çox hallanan icra başçıları arasında 1-ci yeri ''İcra başçısı rəislə gəlib burnumu sındırdı, məni şillə-təpiyin altına saldı, sonra da... - Beyləqanda ilginc cinayət " başlıqlı məqalənin 8 saytda yayılması ilə Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev tutur. Hesabat dövründə mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 2-ci yeri “Gədəbəydə başçıdan daha bir qanunsuzluq – VİDEOGİLEY” adlı məqalənin 7 elektron KİV-də yayılması ilə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov tutur. Nəhayət, mətbuatda adı ən çox hallanan icra başçıları arasında 3-ci yeri isə “Abdin Fərzəliyevin adı keçən 2 milyonluq dələduzluq işindən şok faktlar - sensasion məlumatlar” və “Sabunçu rayon icra hakimiyyətinin Balaxanı qəsəbəsinin mövcudlugundan xəbəri var görəsən? - ŞİKAYƏT” adlı 2 məqalənin 4 elektron KİV-də yayılmasıyla Bakı şəhər Nərmanov İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bölüşür. Muxalifet.az