İcra başçısı musiqi məktəbinin direktorunu özünə MÜAVİN TƏYİN ETDİ

Baxış sayı:
901

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov  özünə yeni müavin təyin edib. 
Məlumata görə, Siraqəddin Cabbarovun əmri ilə, Ceyran Xəlilova Sabirabad rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin olunub.
O, bu təyinata qədər Sabirabad rayon Ü.Hacıbəyli adına Musiqi məktəbinin direktoru vəzifəsində çalışıb.
Xəbəri Sabirabad rayon İcra Hakimiyyətindən Unikal.org-a  təsdiqləyiblər.
Qeyd edək ki, bir müddət öncə Sabirabad rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin keçmiş müdiri Babayeva Şahnaz Feyzulla qızı öz ərizəsi ilə işdən çıxıb./unikal