İCRA BAŞÇISI KÜLLİ MİQDARDA VƏSAİTİ MƏNİMSƏMƏKDƏ İTTİHAM OLUNUR – Mahir Quliyev haqqında şok iddialar

Şəmkirin icra başçısı Alimpaşa Məmmədov isə həkimlərdən “haqq” yığmaqda ittiham olunur

Baxış sayı:
15430

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, ötən həftə - 29.10.2018 - 04.11.2018-ci il tarixində mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 1-ci yeri “O da gedir... - Mahir Quliyev böyük pulları yeyib ”, “Yol üstündə olan icra başçıları... - ADLAR”, ““Hökmranlıq edən” başçıların işinə son verilir - GƏLİŞMƏ” başlıqlı 3 məqalənin 10 elektron KİV-də yayılması ilə Biləsuvar rayon İcra Hakmiyyətinin başçısı Mahir Quliyev tutur.

Hesabat dövründə mətbuatda adı ən çox hallanan icra başçıları arasında 2-ci  yeri “Şəmkirdə DƏYİŞİKLİK GÖZLƏNİLİR - İDDİA”, “Yol üstündə olan icra başçıları... - ADLAR”, “Fazil Məmmədovun icra başçısı həkimlərdən "haqq" yığır - Şəmkirdən şikayətlər çoxalıb” başlıqlı 3 məqalənin 7 elektron KİV-də yayılması ilə Şəmkir rayon İcra Hakmiyyətinin başçısı Alimpaşa Məmmədov tutur.

Nəhayət, mətbuatda adı ən çox hallanan icra hakimiyyətin başçıları arasında 3-cü yeri isə ““AĞSUNUN İCRA BAŞÇISI HAQDA ŞOK İDDİA: “Nəhayət, başçı dəyişikliyi Ağsuya da çatır...””, “Ağsunun da icra başçısı yol üstədir – Ənvər Seyidəliyev qurtula biləcəkmi?”, “Yol üstündə olan icra başçıları... - ADLAR”, “ƏNVƏR SEYİDƏLİYEV QURTULA BİLƏCƏKMİ?” başlıqlı 4 məqalənin 5 elektron KİV-də yayılması ilə Ağsu rayon İcra Hakmiyyətinin başçısı Ənvər Seyidəliyev tutur.

Muxalifet.az