İcra başçısı koronavirusa yoluxması barədə xəbərlərə aydınlıq gətirdi

Baxış sayı:
1567

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bir sıra xəbər portallarında və sosial şəbəkələrdə COVID-19 virusuna yoluxması barədə yayılan xəbərləri təkzib edib.
Bu barədə icra başçısının özü "Report"un Qarabağ mərkəzinə bildirib.
M.Məmmədov qeyd edib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. "Səhhətimlə və sağlamlığımla bağlı heç problemim yoxdur. Hazırda dövlətimə xidmət edir, cənab Prezident İlham Əliyevin mənə verdiyi tapşırıqlara əsasən xalqa xidmət edirəm".
Qeyd edək ki, Tərtər rayonundan olan deputat Sahib Alıyev koronavirusa yoluxub.
***
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov koronavirusa yoluxub.
Bu barədə axar.az-a məlumat daxil olub. Bildirilib ki, icra başçısının koronavirus testi pozitiv çıxıb. Hazırda Tərtər İH əməkdaşlarının nəzarətə alındığı bildirilir.
Tərtər şəhər bələdiyyəsinin sədri Tünzalə Vəliyeva faktı təsdiqləməyib.
Qeyd edək ki, Tərtərin deputatı Sahib Alıyev də koronavirusa yoluxub.
Bundan öncə Tovuz rayonunun icra başçısı Məmməd Məmmədov koronavirusa yoluxub, Samux rayon icra başçısının müavini Qəzənfər Əliyev isə bu virusdan dünyasını dəyişib.