İCRA BAŞÇISI KORONAVİRUSA YOLUXDU – Bütün işçilər karantinə alındı

Baxış sayı:
2420

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev koronavirus (COVİD-19) infeksiyasına yoluxub.

Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, hazırda İcra başçısının yaxınları və son günlərdə təmasda olduğu şəxslər araşdırılaraq tibbi nəzarətə götürülür.

Goranboy İcra Hakimiyyəti prosedura uyğun olaraq karantinə alınıb, əməkdaşlar hazırda fəaliyyətlərini məsafədən həyata keçirirlər.