İCRA BAŞÇISI KÖHNƏ KÖRPÜNÜ SÖKÜB, MATERİALLARINI SATDI... - Beton borunun üzərinə torpaq tökdürüb, yeni "körpü" inşa etdirdi / PREZİDENTƏ ŞİKAYƏT

Baxış sayı:
4060

Göyçay rayonu, Şəhadət kəndinin bir qrup sakini tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. İcra başçısının fəaliyyətindən narazılıq edən sakinlərin məktubunu olduğu kimi dərc edirik:
“Göyçay rayon İcra Hakimiyytinin başçısı Mehdi Səlimzadənin yarıtmaz fəaliyyəti nəticəsində kəndin içindən keçən kanalın üzərindəki körpü yararsız halda, başdan sovdu tikildiyi üçün həyat və sağlamlığımız təhlükə qarşısındadır. Baxmayaraq ki, bu barədə icra başçısına şəxsən məlumat verilib, özü əraziyə baxış keçirib, ancaq heç bir tədbir görmək istəmir.
Qeyd edək ki, kəndin içindən keçən kanalın üzərində sovet dönəmində inşa edilmiş körpünün təmirə ehtiyacı var idi. Bundan sui-istifadə edən Mehdi Səlimzadə sovet dönəmində inşa edilmiş körpünü sökdürüb, 4000 manatlıq metal konstruksiyalarını satdırıb, pul əldə etmişdir. Yeni körpünü isə beton boru qoyub, üzərinə torpaq tökməklə inşa edib, işlərini bitmiş hesab etdilər. Hansı ki, körpünün ətrafına beton tökülüb bərkidilməlidir, üzərinə şebel və yol tikintisi materialları tökülüb istifadəyə verilməlidir. Mehdi Səlimzadənin bunları nəzərə almadan inşa etdirdiyi körpü artıq qəzalı vəziyyətə düşüb. Ətraf betonlanmadığı üçün körpünün üzərinə tökülmüş torpaq  sağ və sol tərəfə axmağa başlayıb. Nəticədə də yük avtomobili ilə həmin körpüdən keçmək çox təhlükəlidir. Hətta bir neçə gün əvvəl yük maşını kanala aşırdı ki, insanların köməkliyi ilə qəzanın qarşısı alındı.
Həmçinin qeyd edək ki, Şəhadət kəndinin əsas yolu asfalt olsa da, ancaq kənd arası yollarımız bərbad gündədir. Buna görə də çox əziyyət çəkirik. Parlament seçkiləri zamanı deputat Sabir Hacıyev Məzahir Əfəndiyev gəlib kəndarası yolların asfaltlanmasını təmin ediləcəyinə köməklik göstərəcəyinə söz versə də, hələ əməl etməyib, nə də ki, Şəhadət kəndinə indiyə qədər gəlməyib.
Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən xahiş edirik ki, şikayətimizi araşdırıb, təhlükə mənbəyi olan körpünün inşa edilməsinə tapşırıq versin. Göyçay sakinlərini cana yığmış icra başçısı Mehdi Səlimzadənin barəsində qanunu tədbirlər görəsiniz”.
Qeyd edək ki, məktuba aşağlda adları sadalanan şəxslər imza atıb:
1. Şıxəliyev Qismət Əsgər oğlu
2. Soltanov Tərlan Azər oğlu
3. Soltanov Elbrus Rəhman oğlu
4. Soltanov Arzu Ərziman oğlu
5. Soltanov Nəriman Rəhman oğlu
6. Quliyev Mirağa Qulu oğlu
7. Abdullayev Ceyhun Vahid oğlu
8. Soltanov Orxan Elbrus oğlu 
9. Soltanov Rasim Nəriman oğlu



Muxalifet.az
 
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.