İcra başçısı iclasdan qaçdığı deyilən görüntüdən DANIŞDI / VİDEO

Baxış sayı:
4321

Ucar rayon Icra Hakimiyyətinin başçısı Mənsur Məmmədov çıxışını yarımçıq qoyub, iclası tərk etməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

Muxalifet.az xəbər verir ki, unikal.org-a açıqlama verən Mənsur Məmmədov yayılan məlumatın əsassız olduğunu açıqlayıb:

"Mən heç bir yerə  qaçmamışam. Yayılan görüntü iclas başa çatandan sonra çəkilib. Sözügedən məsələyə gəldikdə isə rayonda məskunlaşan məcburi koçkünlər bizdə salınan yeni qəsəbəyə köçəndən sonra videodakı şəxslər Mərkəzi Xəstəxananın köhnə inzibati binası boş olduğu üçün ora giriblər. İndi həmin inzibati binada yaşayış nəzərdə tutulmadığı üçün qazın, suyun, işığın verilişi dayandırılıb. Həmin qadınlar da binada kommunal xidmətləri bərpa etməyi icra hakimiyyətindən tələb edirlər. Biz də onlara izah etdik ki, həmin tələblər icra hakimiyyətinin səlahiyyətində deyil. Bina Səhiyyə Nazirliyinin balansında olduğu üçün ora və yaxud digər aidiyyatı qurumlara müraciət etsinlər. Bununla razılaşmayan həmin şəxslər videodakı xoşagəlməz hərəkətlərə yol veriblər. Bu zaman əraziyə polis çağırıldı və asayış təmin olundu".